"Şiə adam öldürəndi? Şiənin biri mənəm, heç indiyə qədər toyuq başı kəsməmişəm" – Aqil Abbas

"Şiə adam öldürəndi? Şiənin biri mənəm, heç indiyə qədər toyuq başı kəsməmişəm" – Aqil Abbas"Belə hadisələr baş verəndə ilk növbədə dövlət öz kanalları vasitəsilə məlumatları paylaşmalıdır".

BiG.AZ yenicag.az-a istinadla xəbər verir ki, bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin geniştərkibli iclasındakı çıxışında millət vəkili Aqil Abbas deyib.

Aqil Abbasın fikrincə, ölkə mediasının bir hisssəsi xarici dövlətlərin nəzarətindədir:

"Azərbaycanda hər şeyi atdılar şiəliyin üstünə. Şiə adam öldürəndi? Şiənin biri mənəm, heç indiyə qədər toyuq başı kəsməmişəm. Boş söhbətdir. Bu, oyunlar idi. Mən televiziyadakı çıxışımda da dedim ki, İran və Rusiya bunu təkzib etməli idi ki, şübhələnməyək.

Azərbaycana bu saat ən çox din haradan gəlir? Səmimi deyək, Səudiyyə Ərəbistanından gəlir, bir də Türkiyədən. Gop eləməyək də… İrandan isə siyasi şiəlik gəlir.

Ancaq o tərəflərdən gələn bu boyda olur… Amma qarşısını alan yoxdur. Adı nə olur-olsun, təxribatçılar, nə zibillər… Meydan sulayırlar. Bu gün qəzetlər də onların əlindədir, saytlar da…
Təbii ki, İran İslam Respublikasının əlində saytlar da var, başqa nələr də… Amma onlar digərlərinin qabağında zəifdirlər. O tərəfdən gələnlər daha ağıllıdırlar. Ad çəkərəm, çəkmirəm.

Burda ən çox yük medianın üstünə düşür. Media məsələləri belə də çevirə bilər, elə də. Belə hadisələr baş verəndə ilk növbədə dövlət öz kanalları vasitəsilə məlumatları paylaşmalıdır, özünün saytları var və sair.

Çox ciddi dönəmdəyik.Təxribata əl atdılar. Yaxın keçmişdə İsmayıllıda, Qubada təxribatçılar az qala terrora əl atacaqdılar. Bu günlərdə də Gəncədə baş verən hadisələr onu göstərdi ki, dövlətimizin hüquq-mühafizə orqanları daha bir təxribatın qarşısını aldı. Sonra da hay çıxardılar ki, bəs, Sumqayıtda da təxribata hazırlaşırlar. Bunun hamısı bir ssenaridir. Orada da nəsə eləmək istəyirdilər, edə bilmədilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1573   Tarix: 16 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 292
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 104
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 228
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 1036
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 590
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 307
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1282
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 145
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 179