Xəyyam Nisanov və Dilya (Диля РУ ТВ) - Bakı Moskva klipinin təqdimatı (Video)

Xəyyam Nisanov və Dilya (Диля РУ ТВ) - Bakı Moskva klipinin təqdimatı (Video)Paytaxt restoranlarının birində populyar müğənni Xəyyam Nisanov «Bakı-Moskva» adlı mahnısına çəkdirdiyi klipinə və eyniadlı alboma fərqli təqdimat mərasimi keçirdi. Klipgördüyə yetərincə yerli ulduzlardan Faiq Ağayev, Röya Ayxan, Abbas Bağırov, Aygün Kazımova, prodüser Tolik, tanınmış radio aparıcıları Gülnar Muradova, İlahə Şıxlinskaya, Nurlana, teleaparıcı Afaq Gəncəli və başqaları qatılsa da ən çox diqqət çəkən qonaq tanınmış rusiyalı seks-simvol, RU TV telekanalının cazibədar aparıcısı Dilya Yadigarova oldu desək, daha düzgün səslənər.

Azərbaycanla paralel olaraq Rusiya və Türkiyə şou-biznesində iri addımlarla irəliləməyi qarşısına məqsəd qoyan Xəyyamla dostluq etməyi özünə şərəf bilən Dilyanın, məhz təqdimatda iştirak etmək üçün daha bir neçə gün Bakıda qaldığını öyrəndik. Məlumatı təsdiqləyən müğənninin musiqi prodüseri, teleaparıcı-bəstəkar Murad Arif də dedi ki, məhz rusiyalı qonağın iştirakına görə onlar təqdimatı həftəsonu, daha dəqiqi, tələsik etmək məcburiyyətində qalıblar.

Çəkilişləri həm Bakıda, həm də Moskvada aparılan klipin rejissoru Anar Abbasovdur.

Tədbir başlayan andan jurnalistlərin əksəriyyəti ekran işinə nə qədər maliyyə vəsaiti xərclənməsi ilə maraqlandı. Xəyyam bu dəfə də doğru danışdı. Məlum oldu ki, əsas süjet xətti sevgi olan klipə 20 min manat pul xərclənib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 6805   Tarix: 10 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740