Tolikdən Sevil-Sevincə sərt sözlər: "Aygünü də, Röyanı da…" – VİDEO
Prodüser Tarix Əliyev (Tolik) Sevil və Sevinc Səfərova bacıları ilə bağlı yenə sərt ifadələr işlədib.
Buna səbəb isə əkizlərin "ATV maqazin" verilişindəki açıqlamaları olub.
Beləki, "Hit parad" rubrikasında çəkilən bacılar 10-luqda xalq artisti Aygün Kazımovanı birinci edib. Onlar əməkdar artist Röya Ayxana işarə vuraraq bəzi fikirlər səsləndiriblər: "Aygünə al da yaraşır, şal da. O nə etsə, nömrə birdir. Ulduz belə olmalıdır. Çoxları xaricdə və Bakıda işlər görür. Sadəcə uğursuz alınır. Onlara necə "nömrə bir" demək olar?"
Əkizlərin bu sözlərinə reaksiya verən Tolik isə "İnstagram"da Röyanı "Tag" edərək bu sözləri yazıb: "Deyirəm ki, ay Röya, sən nə ağıllı qadınsan. Deyirsən ki, məndən danışmayın, çəkməyin, amma bu Aygünün fanatları ona yaltaqlanmaqdan bezmədilər! Mən buradan açıq şəkildə deyirəm, Sevil-Sevinc, siz deyildiniz, Moskvada Aygün Kazımovaya salam verməyən? O da sizə hər kəsin qarşısında "Tolik, bu uşaqlara de ki, ağıllı olsunlar! Məni başqaları ilə səhv salmasınlar" demişdi. Daha sonra isə təyyarəyə minəndə Aygün Kazımovanı öpdünüz. Mənə dedilər ki, siz başqa müğənnini nəzərdə tutubsunuz. Amma əgər ürəyinizdən, ağlınızdan Röya keçibsə, sizə bir məsləhət verim. Siz 20 il də oxusanız Röyanın yanında dura biləcək müğənni olmayacaqsınız.
Sizləri 1 milyon yarım edən uşaq-muşaq fanatlarınız heç kimin fikrini dəyişə bilməz. Necə ki, Aygünün fanatları verilişdə, radioda işləyib onu tərifləyir… Aygünü də, Röyanı da sevən sevib. Sizə nə düşüb, onlar haqqında rəy bildirirsiniz? Bəlkə öz fikirinizcə, Aygündən qabaqdasınız. Ürəklisinizsə, ad çəkin. Yoxsa, Ruslan Ağayev (Verilişin aparıcısı – red.) dedi ki, Röya onun haqqında danışmağa qadaşa qoyub? Bir də ki, Röya qədər xalqın sevgisini qazanıb, onun qədər iş görənlər kənarda qalıb. Siz nə vaxtdan 10-luqda müğənnilər haqda fikir bildirən olubsunuz? Hansı konsert zalından, hansı böyük layihədən söz gedir?"(primetime)
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSəyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467 Orxan Gəncəbayın oğlu evləndi - VİDEO
Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb
16.09.2021 3352 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431