Türkiyədə təbiət faciəsi: Fırtınada 6 nəfər ölüb, 7 yaralı (Video)

Türkiyədə təbiət faciəsi: Fırtınada 6 nəfər ölüb, 7 yaralı (Video)Külək fəhlələrin olduğu konteyneri qayalara çırpıb

Türkiyənin Elazığ vlayətinin Mədən rayonunda baş vermiş fırtınada 6 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 18.30-da (Bakı vaxtıyla 20.30) rayona 5 km məsafədə olan tikinti sahəsində baş verib.

Qeyd edək ki, qəfil başlayan fırtına tikinti sahəsində olan bir çox ağır texnikanı aşırıb, fəhlələrin olduğu plastik konteynerləri isə yüzlərlə metr məsafədə sürükləyib. Fırtınanın qayalara çırpdığı konteynerdə olan 4 fəhlə ölüb, 9 fəhlə isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha 2 yaralı isə xəstəxanada həyatını itirib.

Hadisədən sonra yaralıları ziyarət edən Elazığ valisi Muammər Erol baş verənlər barədə jurnalistlərə məlumat verərkən ölənlərdən 4-nün elə həmin gün işə başladığını qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 788   Tarix: 10 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390