Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-da gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sakinlərə xəbərdarlıq edib

Departamentdən BiG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

"Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olmalıdırlar", - deyə məlumatda bildirilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 712 Tarix: 15.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 15.07.2018
Ehtiyatli olmaq gerek
Everything is good... Never feel the bad