Bakıda məmur balaları tuneli bağlayıb şampan içdilər - VİDEO

Bakıda məmur balaları tuneli bağlayıb şampan içdilər - VİDEO
Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, çox bahalı avtomobillərdən düşmüş gənclər, toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər və birbaşa yolun ortasında atəşfəşanlıq təşkil ediblər.

Yolda nəhəng tıxac yaransa da, gənclər şənliklərini davam etdiriblər və faktiki olaraq, prospektdə hərəkəti iflic halına salıblar. Kadrlarda tunelin girişində gözləmək məcburiyyətində qalmış onlarla avtomobil görünür.

Gənclərin şəxsiyyəti barədə heç bir məlumat yoxdur, lakin bildirilir ki, bunlar öz dostlarının toyunda bu cür əylənmək fikrinə düşmüş məmur balalarıdır.

Yeri gəlmişkən, yol polisi əməkdaşlarının baş verənlərə müdaxilə etməməsi və yol hərəkəti qaydalarının bu cür kobud şəkildə pozulmasının qarşısını almaması da həmin versiyanı yalnız təsdiq edir.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7810 Tarix: 15.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
pryanka
pryanka 15.07.2018
Burdan çıxandada hansisa supurgeçini o dunyalıq ederler


 
f360
f360 15.07.2018
Gun gormemish gun gordu
ogul
ogul 15.07.2018
Papanin balalaridir, xetrine deymeyin. Polisler kasibi gorende shire donur, bele papanin balalari olan yerde polis hec doshanliqda ede bilmir.


 
DUZLU_NIK
DUZLU_NIK 15.07.2018
Memur balalarinin neyne gerek bu isti havada, tunelde fransanin qelebesi munasibeti ile bele hereket etmek. Memur balalari bu deyqe parisde kef cekir fransiz qizlari ile.
Baş Redaktor


 
davinci
davinci 15.07.2018
Memur balalarina herwey olar)))
Everything is good... Never feel the bad


 
maraan
maraan 15.07.2018
ele bildim cempionatda udublar..)))
Vendetta13
Vendetta13 15.07.2018
Bu uşaqların sahibi hara baxır görəsən?