Bakının mərkəzində avtomobil yolu çökdü - FOTO/VİDEO - YENİLƏNDİ

Bakının mərkəzində avtomobil yolu çökdü - FOTO/VİDEO - YENİLƏNDİ"Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir".

BiG.AZ xəbər verir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkə hesabında yazıb. O, hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirildiyini və fəsadların aradan qaldırılması istiqamətində addımlar atıldığını qeyd edib.

"Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək".

***

Paytaxtın Nəsimi rayonunda yol təxminən 8 metr dərinliyində çöküb.

BiG.AZ report.az-a istinadən bildirir ki, hadisə C.Məmmədquluzadə küçəsinin Bakı metropolitenin tikilməkdə olan stansiyasının yaxınlığında baş verib.

Belə ki, yol çökməmişdən əvvəl həmin yoldan iki avtomobil keçib, bu vaxt çökmə hadisəsi baş verib və hər iki avtomobilə ciddi zərər dəyib.

Hadisə şahidləri yolda hər hansı bir qəzanın baş verməməsi üçün yola avtomobillərin giriş-çıxışı qadağa goyan nişanları yola düzüb. Sürücülərin verdiyi məlumata görə bununla bağlı polisə məlumat verilib. Hal hazirda polis əraziyə baxış keçirir, əraziyə aidiyyatı gurumlar dəvət olunub.

Məlum olub ki, çökən yolun dərinliyi təxminən 8 metrdi.

Hadisənin dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, ötən gün günorta saatlarında sözü gedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb.

Bakının mərkəzində avtomobil yolu çökdü - FOTO/VİDEO - YENİLƏNDİBakının mərkəzində avtomobil yolu çökdü - FOTO/VİDEO - YENİLƏNDİBakının mərkəzində avtomobil yolu çökdü - FOTO/VİDEO - YENİLƏNDİBakının mərkəzində avtomobil yolu çökdü - FOTO/VİDEO - YENİLƏNDİBakının mərkəzində avtomobil yolu çökdü - FOTO/VİDEO - YENİLƏNDİ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1894   Tarix: 15 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 155
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 483
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 257
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 542
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 328
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 276
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 112
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 272
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 200