Azərbaycanda daha bir universitetin tələbələri imtahanları baykot etdi

Bu gün səhər saatlarında Azərbaycan Dövlət Pedeqoji Universitetinin (ADPU) tələbələri imtahanlara etiraz olaraq aksiya keçirib.

Aksiya saat 12-də "Sahil bağı"nda başlayıb. Təqribən 30-40 tələbənin toplaşdığı aksiyada tələbələr imtahanların həm test, həm də bilet üsulu ilə olmasına etiraz ediblər.

Təqribən 1 saat davam edən etiraz aksiyası universitet rəhbərliyi tərəfindən sakitləşdirilib. Rəhbərlik tələbələri məsələni akt zalında müzakirə etməyə çağırıb.

Qeyd edək ki, bir müddət bundan öncə analoji hadisə İqtisad Universitetində də baş vermişdi. Bu universitetin tələbələri də, imtahanlara və kollukviumlara etiraz etmişdilər.

Azərbaycanda daha bir universitetin tələbələri imtahanları baykot etdiAzərbaycanda daha bir universitetin tələbələri imtahanları baykot etdiAzərbaycanda daha bir universitetin tələbələri imtahanları baykot etdiAzərbaycanda daha bir universitetin tələbələri imtahanları baykot etdiAzərbaycanda daha bir universitetin tələbələri imtahanları baykot etdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 5387   Tarix: 29 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti