Sabah ali məktəblərə ərizə qəbulu başlayır

Sabah ali məktəblərə ərizə qəbulu başlayırSabah Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə qəbulu başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Bu proses mayın 18-də bitəcək. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.

Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər "Elektron ərizə"lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər.

Bu il test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil ediləcək. Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. I ixtisas qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından istifadə ediləcək.

Bu il ali təhsil müəssisələrinin III ixtisas qrupunda olan ixtisaslar DT və XH alt qruplarına bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada hesablanacaq. Həmin qrup üzrə Ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq və fənlərin çəki əmsalları Ana dilində 2, tarixdə 2, riyaziyyat, ədəbiyyat və xarici dil fənlərinin hər birində 1 bal nəzərə alınacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3062   Tarix: 09 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

19:04 239
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 937
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

16:03 348
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

19:06 248
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

20:15 33
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 176
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 177
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

15:32 262
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

16:10 157