Bakı piratların hakimiyyəti altında

Bakı piratların hakimiyyəti altındaYeni Dünyanın kəşfi Avropa üçün nəinki ticarətin və kapital yığımının sürətli inkişafı, eyni zamanda piratlıq (burada "dəniz quldurları" anlamında) kimi o qədər də xoşa gəlməyən təzahürlə əlamətdar oldu. Dəniz quldurları Yeni və Köhnə Dünyaları birləşdirən bütün işlək dəniz yollarında qərar tutaraq, qızıl və mallarla yüklənmiş gəmiləri talan edirdilər.

Ötən əsrlərdə piratlıq o qədər geniş yayılmış və gəlirli iş sayılırdı ki, bütöv dövlətlər və imperiyalar xüsusilə qabiliyyətli quldurların arxasında durmaqdan belə çəkinmirdilər. Bu mənada, yəqin ki, tarixdə iz buraxmış ən məşhur uğur centlmenlərindən biri ingilis Frensis Dreykdir. O, vətən qarşısında şübhəli xidmətlərinə görə ser tituluna layiq görülmüş və Britaniya İmperiyası donanmasının vitse-admiralı rütbəsinə yüksəlmişdi.

Müasir zamanda dəniz quldurluğunun (piratlığın), demək olar ki, kökü kəsilib, lakin Malayziya və Somali sahillərində dişlərinə qədər silahlanmış quldurlar motorlu qayıqlarda mütəmadi olaraq ticarət gəmilərini və neft tankerlərini zəbt edirlər və qarşılığında haqq istəyirlər.

Bununla birlikdə, müasir dünyada "piratlıq" anlayışı dəniz quldurları və macəra romantikası ilə assosiasiya olunmur. Bu gün bu, intellektual mülkiyyətin adidən adi oğurluğudur. Lakin həmin yeni anlamın vurduğu maddi zərər quldurluq sənətinin çiçəkləndiyi 16-17-ci əsrlərdə gəmi oğrularının vurduğu zərərlə müqayisədə ölçüyəgəlməz həddə böyükdür.

Ən mötədil hesablamalara görə, saxta məhsulların yayılmasından və intellektual mülkiyyətin mənimsənilməsindən qaynaqlanan iqtisadi itkilər bütün dünya üzrə illik 100 milyard dolları keçir. Bütün ölkələrin hüquq-mühafizə orqanları yeni piratlarla mübarizəyə nəhəng qüvvə sərf edirlər, lakin təcrübə göstərir ki, bunun faydası elə də böyük deyil.

Hazırda kinematoqraf piratlıqdan ən çox əziyyət çəkən sahədir. 2015-ci ildə qarşıdan gələn "Oskar" mükafatının təqdim edilməsi zamanı mükafatlara namizəd kimi irəli sürülmüş filmlərin 95 faizinin surətləri internetlə yayılmışdı – bu, kino sənayesi tarixində ən yüksək göstəricidir. Filmlərin istehsalçıları ilə birlikdə kinoteatr şəbəkələri də böyük itkilərlə üzləşirlər.

Bu mənada Azərbaycan Qərbdən geri qalmır. Piratlıq ölkədə artıq gəlirli sahələrdən birinə - kinofilmlərin lisenziyalı surətlərinin satışına son qoyub. Hələ bir neçə il öncə Bakıda elektron daşıyıcılarda lisenziyalı filmlərin satışında ixtisaslaşmış ABC mağazalarının iri şəbəkəsi fəaliyyət göstərirdi. Lakin bu cür "qanuniləşdirilmiş" filmə baxmaq üçün filmin yazıldığı diskə görə böyük məbləğ ödənməli idi.

Əgər həmin filmi əziyyət çəkmədən internetdə tapmaq mümkündürsə, ona görə niyə pul xərcləyəsən? Filmin adını istənilən axtarış sisteminə əlavə etmək kifayətdir ki, həmin filmin pirat surətlərini yükləmək və ya ona onlayn tamaşa etmək üçün sonsuz sayda mənbə qarşına çıxsın. Beləcə, lisenziyalı disklər əldə etmək zərurəti aradan qalxdı və bu biznes çökdü.

Köhnə filmlərlə bağlı vəziyyət az-çox bəlli olsa da, premyerası gözlənilən filmlər prokatçılar üçün ağır və məsrəfli işdir. Səs-küyə səbəb olmuş hansısa yeni amerikan blokbasteri prokata çıxır, kinoteatrlar onun yayım hüquqlarını əldə etmək məqsədilə xeyli pullar ödəyir, lakin zallar ən yaxşı halda yarısına qədər dolur, kinosalonların sahibləri xeyli zərərə düşürlər.

Səbəb isə sadədir: keyfiyyətsiz olsa da, filmin surəti artıq internetə yol açıb və əksər hallarda bunu çəkiliş və ya filmin yayımı ilə əlaqədar şəxslərdən biri edir. Kino həvəskarları isə, aydın məsələdir ki, axşam seansına 8 manat ödəməkdənsə, həmin filmə, keyfiyyətsiz olsa belə, evdə divanda uzanaraq tamaşa etməyə üstünlük verirlər. Özü də tamamilə pulsuz.

Adi vətəndaşın məntiqi aydındır və hardasa ədalətlidir, belə ki, o, öz cibini düşünür. Lakin pis vəziyyətdə qalan kinoteatrlar son nəticədə bağlanırlar və yaxud yerləşdikləri yeri restoranlara və oyun klublarına icarəyə verirlər, çünki əvvəlki filmdən qazanc əldə etmədən növbəti yeni filmi almaq, sadəcə olaraq, mümkün deyil.

"Report" agentliyi "CinemaPlus" və "Park Cinema" kinoteatr şəbəkəsinin misalında bu problem üzrə kiçik araşdırma aparıb. Sən demə, rəsmi nümayişi yenicə başlamış "Superailə-2" filminə enter.az, video.az и myvideo.az kimi Azərbaycan videohostinqlərində çoxdan tamaşa etmək mümkündür.

Agentliyin əməkdaşları bu videohostinqlərin rəhbərlikləri ilə əlaqə saxlayıblar. Pirat məhsullarının yayımı ilə məşğul olanların bəhanələri bir-birindən heç nə ilə fərqlənmir. Onlar pirat məhsullarını başqa saytlardan götürdüklərini bildirir, eyni zamanda yerli kinoteatrlarla əməkdaşlıq etdiklərini deyir və ümumiyyətlə, fəaliyyətlərində hər hansı qüsur görmürlər.

Əlbəttə, Azərbaycan videohostinqlərinin şəxsi, keyfiyyətli pirat məhsulu istehsal etmək imkanları yoxdur. Onlar, sadəcə, kiminsə oğurladığını oğurlayırlar. Fəqət pirat variantlarının yayılması onların istehsalından heç də az əhəmiyyətli cinayət sayılmır. Yerli kinoteatrlarla əməkdaşlıq bəhanəsi isə az qala gülüncdür. Kinoteatrlar zərərlə üzləşir, belə ki, məşhur bir kəlamda deyildiyi kimi, arılar bala qarşı çıxa bilməzlər.

Paradoksal olsa da, başqa ölkələrdə virtual piratlıqla mübarizədə hansısa tədbirlər görülürsə də, Azərbaycanda bu ciddi problemə sadəcə olaraq göz yumurlar. Hətta qonşu Rusiyada belə intellektual mülkiyyətin oğurlanmasına qarşı mübarizə haqqında qanun çoxdan bəri qəbul olunub. İnternetdə pirat məhsullarını yayan torrent-trekerlər bağlanır, iri videohostinqlərin rəhbərlikləri isə saytlarına kinoteatrlarda nümayişi hələ davam etdirilən filmlərin pirat surətlərini yerləşdirməzdən əvvəl bunun bütün müsbət və mənfi tərəflərini dəfələrlə ölçüb-biçirlər. Çünki bu addım qat-qat baha başa gələ bilər – saytlarını bağlaya bilərlər.

Azərbaycanda isə piratlıq baş alıb gedir. Bəs bu cür acınacaqlı halla mübarizə aparmaq vəzifə borcu olan məmurlar həmin problemə necə yanaşırlar? Mədəniyyət nazirliyinin mətbuat xidmətinin təmsilçisi İntiqam Hümbətov "Report" agentliyinin əməkdaşı ilə söhbətində bildirib ki, təmsil etdiyi qurum yalnız bu və ya digər filmin Azərbaycan kinoteatrlarında nümayişinə icazə verir. Başqa sözlə, Mədəniyyət nazirliyi piratlıqla məşğul olmur, sadəcə olaraq, nəzarət edir ki, hər hansı qadağan olunmuş film Azərbaycan tamaşaçısına çatmasın. Buna bariz nümunə kimi "Stalinin ölümü" filmini göstərmək olar – onun nümayişi ölkədə gah qadağan edilirdi, gah da nümayişə icazə verilirdi.

Pirat məhsullarının yayımlandığı videohostinqlərin bloklanması ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul olmalıdır. Lakin burada "Report" agentliyinə bildiriblər ki, internetdə mülkiyyət hüquqlarının qorunması ilə Müəllif Hüquqlarının Qorunması üzrə Agentlik məşğul olur. O ki qaldı bu və ya digər saytın bağlanmasına, bunun üçün məhkəmənin müvafiq qərarı tələb olunur.

Müəllif Hüquqlarının Qorunması üzrə Agentlikdə qanunlardan maddələrin əsas gətirilməsi ilə kifayətlənərək, deyiblər: "Müraciətlər olanda onlara baxırıq". Başqa sözlə, piratlıqla heç bir kompleks mübarizə aparılmır.

Bəs videohostinqlərin pirat məhsullarının yayılmasından qazancları nədir? Məlumdur ki, qazanc olmasa, heç kim qanun pozuntusuna getməz. Bu məsələ sadədir – hər bir internet istifadəçisi filmlərə tamaşa edərkən zəhlətökən reklamla rastlaşıb ki, həmin reklamı izləmədən film başlamır. Reklamın hər 1000 nümayişinə görə isə videohostinq əməlli-başlı gəlir götürür.

Azərbaycan videohostinqlərində reklamların yerləşdirilməsi ilə "New Media" şirkəti məşğul olur. Şirkətin meneceri Pərvanə Cəfərova sanki özünə bəraət qazandıraraq qeyd edir ki, reklamın yerləşdirildiyi meydançanı onlar özləri deyil, reklamın sifarişçisi seçir. Reklam verənlər özləri arzulayır ki, onların reklamı məhz myvideo.az-da yayımlansın, çünki əksəriyyət filmlərə həmin saytda tamaşa edir.

Beləcə məmurlar məsuliyyəti bir-birinin boynuna atmaqda və ciddi problemin mövcudluğuna göz yummaqdaykən piratlıq nəinki kinoteatrlara, bütün dövlətə ziyan vurmaqdadır. Kinoteatrların qazancı azaldıqca dövlətə ödənilən vergilər də azalır.

mənbə: virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0