"Polislərimiz müstəqil Azərbaycan üçün şəhid oldu" - Xoşqədəm

"Polislərimiz müstəqil Azərbaycan üçün şəhid oldu" - Xoşqədəm

“Polislərimiz müstəqil Azərbaycan üçün şəhid oldular”.

BiG.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bildirib.

O qeyd edib ki, narahatçılıqla Gəncədə baş verən hadisələri narahatçılıqla izləyib:

“Bilirsiniz ki, Gəncədə bir qrup şəxsin qanunsuz aksiyasının qarşısını alarkən bizim iki polisimiz şəhid oldu. Yayılan görüntülər çox dəhşətlidir. İnsanların gözü önündə bir insan vəhşicəsinə öldürülür. Öldürülən bizim polisimizdir. O polis ki, Azərbaycanda sabitliyi və sakitliyi qorumaq üçün fədakarlıqla çalışır. Həmin polis dünən öldürüldü. Mən düşünürəm ki, o polislərimiz müstəqil Azərbaycan üçün şəhid oldular. Hər bir azərbaycanlı bu gün bir ürək kimi birləşməlidir. Biz bu müstəqilliyi şəhid verərək qazanmışıq”.

Qeyd edək ki, ötən gün Gəncə şəhərində qanunsuz aksiyanın qarşısı alınan zaman polislərlə aksiyaçılar arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı iki polis polkovniki qətlə yetirilib.

Aysel Yusifqızı
"Polislərimiz müstəqil Azərbaycan üçün şəhid oldu" - Xoşqədəm
"Polislərimiz müstəqil Azərbaycan üçün şəhid oldu" - Xoşqədəm


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1133 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol