"Gəncədəki hadisənin dinlə əsaslandırılması məqsədlidir" – Hacı Şahinlə müsahibə

"Gəncədəki hadisənin dinlə əsaslandırılması məqsədlidir" – Hacı Şahinlə müsahibəBiG.AZ xəbər verir ki, "Məşədi Dadaş" məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli dünən Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən hadisə barədə Teleqraf.com-un suallarını cavablandırıb:

- Gəncədə bir qrup şəxsin "Allahu Əkbər" deyərək, polisləri qətlə yetirməsi faktına münasibətinizi bilmək istərdik...

- Azərbaycanda inanclı insanlar həmişə dövlətçiliyə sədaqəti ilə seçiliblər və müstəqilliyin əldə olunmasında böyük fədakarlıq göstəriblər. Gəncədəki hadisənin dinlə əsaslandırılması məqsədli xarakter daşıyır. Bir qrup insan xarici təsirlərin nəticəsində Azərbaycanda olan dinlər və məzhəblərarası birliyə xələl gətirmək, dövlətə zərbə vurmaq istəyir. Ancaq bu radikallığın Azərbaycanda ciddi sosial bazası yoxdur. Çox az sayda insan aksiyada iştirak edib. Gecədən Gəncədə yaşayan inanclı insanlarla əlaqə saxlamışdım. Onlar birmənalı bildirdilər ki, bu hadisənin bizə aidiyyatı yoxdur, evimizdəyik və bu kimi işlərdə iştirak etmirik. Bir sözlə, bütün inanclı insanların Gəncədəki hadisələrlə bağlı birmənalı mövqeyi bundan ibarətdir ki, din adı ilə insanların sağlığına ziyan vurmaq, qətlə yetirmək yolverilməzdir və dinin mahiyyətinə ziddir. Dinimiz insanları qarşıdurmaya yox, birliyə, vəhdətə dəvət edir. Bir insan "Allahu Əkbər" deyərək öz vətəndaşına, hüquq-mühafizə orqanının əməkdaşına silah qaldırırsa, bu, faciədir. Bunun dinlə heç bir əlaqəsi ola bilməz. Dinimiz bu kimi əməlləri qətiyyətlə pisləyir. Cinayət hər bir halda cinayətdir, bunu din adı altında etdikcə, böyük faciəyə çevrilə bilər, bunun örnəklərini dünyada görürük. Yaxın Şərqdə din şüarı ilə ölkələr viran edilir, sabitlik pozulur, vətəndaş müharibələri alovlanır. Belə bir şəraitdə Azərbaycanda bu halların təkrarlanması yolverilməzdir.

- Şəhid olan polislərdən birinin din xadiminin qardaşı olduğu deyilir.

- Bəli, şəhid olan polis zabiti Səməd Abbasov Hacı Tahirin qardaşıdır. O, Gəncə axundudur, həm də Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvüdür. Səməd Abbasov onun doğma qardaşıdır.

- Gəncədəki aksiyada radikallar hansı məzhəbin nümayəndələridir? Onları müəyyənləşdirmək mümkündür?

- Bu dəqiqə onları dəqiq müəyyənləşdirmək mənim üçün çətindir. Aksiyada kimlərin iştirak etdiyini yaxından izləyə bilməmişəm. Yəqin hüquq-mühafizə orqanları araşdırma aparacaq. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda olan ənənəvi məzhəbin ardıclıları, istər şiə, istərsə də sünni müsəlmanları tarixən belə hərəkətlərdən uzaq olub. Azərbaycanlının təsəvvüründə inanc Allaha və yaranmışlara məhəbbətdir, dövlətçiliyə bağlılıqdır. Azərbaycan dövlətçiliyini təşkil edən əsas ünsürlərdən biri də dini dəyərlərimizdir. Gəncədəki bu hadisəni törədən insanları hər hansı məzhəbə aid edə bilmirəm. Çünki Azərbaycanda yaşayan ənənəvi məzhəb təmsilçiləri heç zaman bu əhval-ruhiyyədə olmayıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1042   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1568
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 366
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 253
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 954
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 278
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 246
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 910
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 185
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 553