"Zərifə hər müştəridən 50 manat alıb, mənə 15-20 manat verirdi" – Əxlaqsızlıq yuvasında əməliyyat

"Zərifə hər müştəridən 50 manat alıb, mənə 15-20 manat verirdi" – Əxlaqsızlıq yuvasında əməliyyatBakıda əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan Zərifə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Qaradağ rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baş tutan proses qapalı keçirilir.

İstintaq orqanı tərəfindən Zərifə Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Zərifə Hüseynova Qaradağ rayonu ərazisində evlərdən birini kirayə tutub. Həmin evdə tanıdığı Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib – red) kişi müştəriləri ilə görüşdürüb, bunun müqabilində pul qazanıb.

Məlum olub ki, Zərifə Hüseynova Əfsanəyə kişi müştərilərlə pul müqabilində görüşməyi təklif edib. Əfsanə də onun təklifini qəbul edib.

Zərifə Hüseynova hər kişi müştəridən 50-70 manat alıb. Həmin pulun 20 manatını Əfsanəyə verib, qalan pulu isə özünə götürüb.

Əfsanə Məmmədova kişi müştəri ilə intim əlaqədə olan zaman polis həmin evdə əməliyyat keçirib.

Cinayət işi üzrə Əfsanə Məmmədova zərərçəkmiş şəxs qismində tanınıb.

Məhkəmədə ifadə verən Zərifə Hüseynova özünü qismən təqsirli bilib.

Zərərçəkmiş Əfsanə Məmmədova bildirib ki, kişi müştərilərlə görüşməsinə şəraiti Zərifə Hüseynova yaradıb. Onun sözlərinə görə, Zərifə hər müştəridən 50 manat alıb, ona 15-20 manat verib.

Növbəti proses avqustun 1-də davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4008   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0