Deputatlar hansı komandanı dünya çempionu görür?

Deputatlar hansı komandanı dünya çempionu görür?Bu gün Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının yarımfinal mərhələsinə start veriləcək.

BiG.AZ oxu.az-a istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə Fransa və Belçika yığma komandaları üz-üzə gələcəklər.

İlk finalçı bu qarşılaşmada məlum olacaq.

Mundialın digər yarımfinal oyunu iyulun 11-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.

Həmin görüşdə İngiltərə və Xorvatiya milli komandaları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və ikinci finalçı da bu qarşılaşmda bəlli olacaq.

Xatırladaq ki, mundialda üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Bəs görəsən, Azərbaycanın millət vəkilləri hansı millini 21-ci dünya çempionu görmək istəyirlər?

Bununla bağlı Oxu.Az-a açıqlamasında millət vəkili Tahir Mirkişili öncə bildirib ki, bu mərhələdə bütün komandalar yaxşı oyun nümayiş etdirirlər.

"Ancaq düşünürəm ki, Xorvatiya komandasını çempion görmək daha maraqlı olardı"-deyə, o, əlavə edib.

Millət vəkili Aydın Mirzəzadə konkret ölkə adı çəkməsə də, "Gözəl oyun nümayiş etdirənin"-deyib.

Eyni zamanda, millət vəkili ya Azərbaycanın, ya da Türkiyənin futbol üzrə dünya çempionu olmasını arzulayıb.

Digər millət vəkili Tahir Rzayev isə yarımfinala yüksələn hər bir millinin çempion olmağa haqqı çatdığını və bu baxımdan, onlar arasında seçim etməyə çətinlik çəkdiyini deyib:

"Hər biri dünya çempionu olmağa layiqdir, bunu haqq edirlər. Amma eyni zamanda, 21-ci dünya çempionu kimi, ya İngiltərə, ya da Xorvatiya millisini görmək istərdim".

Millət vəkili Azər Badamov bu çempionatın sürprizlərlə dolu olduğunu, "güclü"lərin əksəriyyətinin mübarizədən kənarlaşdırıldığını bildirib:

"Çox maraqlı bir çempionatdır. İndiyədək güclü sayılanların əksəriyyəti mübarizəni yarımçıq dayandırdılar, necə deyərlər, kimsənin "göz yaşları"na baxılmadı, daha əzmkarlar dörddəbirə, yarımfinala yüksəldilər.

Finala və çempionluğa gəlincə, çox istərdim ki, Belçika və Xorvatiya milliləri finala yüksəlsin , çempion isə Xorvatiya olsun".

Millət vəkili Eldəniz Səlimov da həmkarı A.Badamov kimi bu çempionatın sürprizlərlə bol olduğunu və futbol tarixinə də məhz belə düşəcəyini bildirib:

"Mən Braziliya millisinə azarkeşlik edirdim, amma təəssüflər olsun ki, yarımfinala çıxa bilmədilər.

Ona görə istərdim ki, finala İngiltərə və Belçika yığmaları çıxsınlar. Çempion kimi də İngiltərəni görmək istərdim".

Millət vəkili Kamilə Əliyeva futbolla yaxından maraqlanmasa da, futbolun dünyada ən çox sevilən və izlənilən bir idman növü olduğunu söyləyib:

"Baxsaq da, baxmasaq da, izləsək də, izləməsək də, futbol ən gözəl idman yarışmasıdır. Bu, etiraf olunmalıdır. Heç bir idman növünə futbol qədər maraq yoxdur. Futbolun yeri ayrıdır idmanda…

Dünya çempionun hansı milli olmasına gəldikdə isə, hamı Xorvatiya millisini tərifləyir.

Xüsusilə də, dünya çempionatına ev sahibliyi edən Rusiyanı udması hamını sevindirir, hamının ürəyindəndir… (gülür).

Ona görə mən də Xorvatiya millisinin çempion olmasını istəyirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 899   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593