Nazir Qarabağ müharibəsi, veteranlar üzrə ictimai birliklərin rəhbərləri ilə görüşdü - FOTOLAR

Nazir Qarabağ müharibəsi, veteranlar üzrə ictimai birliklərin rəhbərləri ilə görüşdü - FOTOLARƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycan Qarabağ müharibəsi əlillləri, Veteranları və Şəhid ailələri", "Qarabağ Qaziləri", "Çernobıl Əlilləri İttifaqı", "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə", "Azərbaycan Əfqanıstan Veteranları", "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək", "Qarabağ Əlilləri və Veteranları", "Şəhid ailələrinə Dəstək" İctimai Birliklərinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və "20 Yanvar" Cəmiyyətinin rəhbərləri ilə görüşüb.

Nazir sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlillliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindən olduğunu vurğulayıb. O bildirib ki. həmin insanların müvafiq sosial təminat növləri – pensiya, müavinət, Prezident təqaüdü ilə təminatı işləri aparılır, bu ödənişlərin mütəmadi olaraq artırılması təmin edilir. Digər tərəfdən, konkret sosial proqramlarla əlil və şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilir. Eyni zamanda, qanunvericilikdə bu təbəqələrdən olanlar üçün bir sıra güzəştlər, əlavə təminatlar əksini tapır.

Əlilliyi olan insanlar üçün tibbi-sosial reabilitasiya sisteminin müasirləşdirilməsi və səmərəli təşkili üçün aparılan işləri diqqətə çatdıran S.Babayev qeyd edib ki, müharibə əlillərinin və veteranlarının, şəhid ailələrinin, digər həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasında onların aktiv əmək bazarı proqramları, xüsusilə özünüməşğulluq proqramı vasitəsilə dəstəklənməsi də diqqətdə saxlanılır. Özünüməşğulluq proqramına cəlb olunanların sayı dəfələrlə artdığı kimi, həmin təbəqələrdən olanların bu proqramda iştirak səviyyəsi də əhəmiyyətli şəkildə artır.

Nazir sosial təminat və əlilliyin qiymətləndirilməsi sahələrində tam şəffaflığa, sosial ədalət prinsipinə və bu sahələr üzrə xidmətlərdə vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar, müəyyən olunan hədəflər barədə məlumat verilib. S.Babayev əliliyi olanlarla, şəhid ailələri və veteranlarla əlaqədar sosial müdafiə tədbirlərinin təşkilində, bu tədbirlərdə şəffaflığın təmin olunmasında görüşdə iştirak edən ictimai qurumlarla əməkdaşlığa, onların rəy və təkliflərinə xüsusi önəm veriləcəyini vurğulayıb.

Görüşdə qeyd olunan ictimai birliklərin rəhbərləri sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərdən, sosial proqramlardan danışıblar. Sosial sifarişlər üzrə icra olunan layihələrlə bağlı ictimai qurumların rəhbərləri rəy və təkliflərini ifadə ediblər. Səslənən rəy və təkliflərlə əlaqədar müzakirələr aparılıb.
Nazir Qarabağ müharibəsi, veteranlar üzrə ictimai birliklərin rəhbərləri ilə görüşdü - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 909   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
"Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358