"Tələbədən rüşvət tələb edən müəllim şərəfsizdir" — Rektor

"Tələbədən rüşvət tələb edən müəllim şərəfsizdir" — Rektor"Bəzən mətbuatda yazırlar ki, "İbrahim Cəfərov universiteti dağıdır", "universiteti talayır". Bilmədən belə demək doğru deyil. Bizə çamur atanlar bu monopoliyanı əldən buraxmaq istəməyənlərdir. Mən dağıdıramsa, gəl, araşdırma apar. Əgər əyri-əskiklik varsa, buyur yaz. Amma kiminsə haqqına girib böhtan atma".

Bu fikirləri Gəncə Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təşkilatçılığı ilə reallaşan jurnalistlərlə görüş zamanı bildirib.

Rektor deyib ki, universitetdə görülən işlərin 99 faizi böyük zəhmət hesabına son 5 ildə yaradılıb:

"Builki məzun günündə cənab nazir İnam Kərimova onunla hansı şəkildə əlaqə saxlayacağımı soruşdum. O dərhal mənə əlaqə nömrəsini verdi. Biz hər gün ən azı 1 dəfə əlaqə saxlayırıq. Bu bir şəxsi əlaqə deyil, universitetimizin daha da inkişafı üçündür. Çünki həllini gözləyən çox sayda problmlərimiz var. Problemlərimizi həll etməliyik, ən əsası təhsil proqramlarımız yenilənməlidir".

İ.Cəfərov bu sahəyə marağın az olduğunu da söyləyib:
"Unutmayın ki, hamımız iyul-avqust aylarında qarpız yemək istəyirik, yaxşı süd, qatıq axtarırıq, bax onları yaradanları bu torpaqlar, universitet yetişdirir. Bu gün hüquqşünas, jurnalist, bankir olmaq, qarpız yemək istəyənlər çoxdur, amma yetişdirmək istəyənlər azdır. Bu gün Kürdəmirdə 40-45 dərəcədə qarpız, Naxçıvanda ərik yetişdirmək asan deyil. Sizi əmin edirəm ki, yaxşı mütəxəssisin çəkdiyi əziyyət əvəzində azı 2-3 min manat götürmək imkanı var. Sadəcə insanlarımızı bu sahəyə cəlb etmək lazımdır".

Rektor bildirib ki, universitetdə rüşvətsiz təhsilə nail olunub:

"Biz buna böyük mübarizə hesabına nail olmuşuq. Bəzən söyüş, danlaq eşitmişik. Hələ də bir qrup elə başa düşür ki, tələbədən 50 manat almaq çörək qazanmaqdır. Mən auditoriyada da demişəm, tələbədən rüşvət tələb edən müəllim nə qədər şərəfsizdirsə, ona o şəraiti yaradan tələbə də ən az onun kimi şərəfsizdir".

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 944   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190