"Terror aktının törədilməsi üçün Gəncə şəhərinin seçilməsi səbəbsiz deyil" - Deputat

"Terror aktının törədilməsi üçün Gəncə şəhərinin seçilməsi səbəbsiz deyil" - DeputatXəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Bununla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat birgə məlumat yayıb. Məlumatda bildirilib ki, o Suriya döyüşlərində də iştirak edib. Sosial şəbəkələrdə bir qrup şəxs insanlara çağırış edərək onları aksiyaya dəvət edirlər. Belə ki, onlar iyulun 10-da saat 20:00-da Gəncə İcra Hakimiyyətinin qarşısında aksiya edəcəklərini bildirirlər. Gəncəli gənclərin də bir çoxu öz şəxsi səhifələrində insanlara müraciət edərək bu cür radikal qrupların çağırışına məhəl qoymamağı və ölkədəki sabitliyin qorunub saxlanılmasının vacib olduğunu bildirirlər. Ölkədə mövcud sabitliyin pozulması üçün niyə məhz Gəncə şəhəri şeçildi?

Bununla bağlı BiG.AZ-a açıqlama verən Fazil Mustafa bildirib ki, icra başçısını güllələyən Yunisin bu əməli terror aktından başqa bir şey deyildir:

"Bunlar düşünülmüş bəhanələrdir. Terror aktında bu cür bəhanələrlə haqq qazandırmaq məqsədyönlü xarakter daşıyır. Burada sırf xarici dövlətlərdə hazırlanmış və ayrıca bir şəxs tərəfindən icra olunmuş terror aktından söhbət gedir. Bu hadisəni törədən şəxs də xarici ölkələrdə təlim keçib".

"Terror aktının törədilməsi üçün Gəncə şəhərinin seçilməsi səbəbsiz deyil" - DeputatBundan əlavə deputat vurğulayıb ki, terror aktının törədilməsi üçün Gəncə şəhərinin seçilməsi səbəbsiz deyil:

"Çox güman ki şəhərdə xurafatçıl, fanatik ünsürlərin olması faktını nəzərə alıblar. Gəncə ziyalı şəhər olsa da, görünür, dini fanatizm meyilləri az-çox özünü göstərir. Hadisələrin bu cür inkişafı da onu göstərir ki, bu şəhər təsadüfi seçilməyib".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6356   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

11:01 395
.

"Ağsaqqal" donor axtarır

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var". Axşam.az xəbər verir ki, bu sözlər

11:25 516
.

Ukraynada səfərbərlik gücləndirilir

Ukrayna Prezidenti Volodimir Zelenski yüz minlərlə ukraynalının silahlı qüvvələrə çağırılmasına imkan verəcək səfərbərliyin sərtləşdirilməsi haqqında qanunu imzalayıb. Qanunda olan normaların bəziləri dərc edildikdən dərhal sonra, böyük hissəsi isə bir aydan sonra qüvvəyə minəcək. Xatırladaq ki, Ukrayn

20:36 0
.

Rusiyada TikTok bloklana bilər

Rusiyanın Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası ölkədə TikTok-un bloklanmasını istəyir. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, assosiasiya Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə ("Roskomnadzor"

17:53 0
.

Bakının üç rayonunda qaz olmayacaq

"Dübəndi" QPS-də "Dübəndi əlaqələndirici" qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmi

20:27 0
.

Meksikada helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb

Meksikanın Koyoakan bölgəsində helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. Qəzadan sonra yanğın baş verib. Bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, pilot son anda manevr edib ki, helikopter yaşayış məntəqəsin

09:59 151
.

Bu il keçid balları arta bilər?

Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək nəticə göstərənlərin sayı da çoxluq təşkil edib. Qeyd edək ki, son illərd

11:08 0
.

Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı

Bakıda uşaq evində intihara cəhd olub. -ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb. Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb. Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həki

17:17 0
.

Qazaxıstanda YENİ QANUN: Arvadını döyərək öldürən keçmiş nazir ömürlük həbs ediləcək? - FOTO

Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev ölkədə məişət zorakılığı haqqında qanunun qəbulu haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Tokayev məişət zorakılığını cinayət hesab edən sənədlər paketini imzalayıb. Sənədə əsasən, qadın və uşaqlar

15.04.2024 680