Dünyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb

Dünyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb

Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin 500 nəfərin yeni reytinqini açıqlayıb.

ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti cari ilin iyulun 7-nə olan məlumata görə, 142 milyard dollar təşkil edir.

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (94,2 milyard dollar), dünyanın ən zəngin 3-cü adamı “Facebook”un yaradıcısı Mark Tsukerberq (81,6 mlrd. dollar) hesab edilib.

Əvvələr siyahıda ikinci yeri tutan daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 81,2 mlrd. dollarla reytinqin onluğunda qərarlaşıb.

İndeks səhmlərin dəyəri və şirkətlərin hesabatları əsasında müəyyənləşdirilir.(APA)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 818 Tarix: 08.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol