Danimarka universitetində zəhərli kitablar tapılıb

Danimarka universitetində zəhərli kitablar tapılıb
Danimarka universitetinin kitabxanasında güclü zəhərlə örtülmüş kitablar tapılıb.

BiG.AZ oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Alimlər XVI – XVII əsrlərə aid kitablarla maraqlandıqda, onlardan bəzi fraqmentləri oxuya bilməyiblər. Tədqiqatlar zamanı aydın olub ki, buna səbəb kitabların üzərini örtmüş yaşıl rəngli boya olub.

Araşdırma göstərib ki, bu, adi boya deyil, təhlükəli zəhərdir. Hazırda kitablar xüsusi şkaflara yerləşdirilib. Kitabların tərkibi skan edilib ki, alimlər onlarla təmasda olmasın.

İlkin ehtimala görə, bu maddə kitabları həşərat və gəmiricilərdən qorumaq üçün edilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 520 Tarix: 08.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol