Bundan sonra evakuasiyanı polis etməyəcək - Yenilik

Bundan sonra evakuasiyanı polis etməyəcək - YenilikXəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, fərmana əsasən Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri xeyli genişləndirilib.

Yol təhlükəsizlik məsələləri üzrə ekspert Ərşad Hüseynov fərmanda qeyd olunan yenilikləri "Qafqazinfo"ya şərh edib. O bildirib ki, Kütləvi İnformasiya Vasitələri məsələləri yanlış şərh ediblər: "Söhbət ondan gedir ki, bir neçə istiqamətdə Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təşkili məsələsində, polislə səlahiyyət bölgüsü məsələsində bir sıra yeniliklər var. Belə ki, yalnız Bakı şəhərinin küçələrində dayanma, durma, parklanma qaydalarını pozan, evakuasiya edilməli olan avtomobilləri Bakı Nəqliyyat Agentliyi cərimə meydançasına aparacaq. Əslində isə, cərimə meydançaları agentliyin tərkibinə verilmir. Çünki cərimə meydançalarına avtomobillər başqa səbəblərə görə də aparılır. Məsələn, sürücü sərxoş olanda, sürücülük hüququ olmayanda, cərimələri gecikdirəndə və.s. Bu məsələlər yenə polisin səlahiyyətində qalır.

Dayanma, durma, parklanma qaydalarını pozan sürücülərə cərimənin də yazılması da Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə verilib. Cərimə meydançalarıyla bağlı daxil olan vəsaitlərin bölgü məsələsi isə sonra müəyyən olunacaq. Hələ ki, fərmanda bu məsələ qeyd olunmayıb. Saxlanc pulları da elə böyük məbləğ deyil. Bir günə görə 1 manatdır. Onlar da heç elektrik xərclərinin ödənilməsinə bəs etmir. Üstəgəl, cərimə meydançasına aparılan avtomobilin sürücüsü 1 saatdan sonra gəlib onu götürür. Buna görə də saxlanc pulu ödənilmir.

İkinci istiqamət isə, "Baku Bus" BNA-nın tərkibinə verilir. Burada dövlətin siyasəti odur ki, tədricən ictimai nəqliyyatda dövlətin payı artırılsın. Çünki ictimai nəqliyyatda iki əsas istiqamətdə ciddi problemlər var. Biri sürücü kontingentinin zəif olması, digəri isə avtobus parkının zəif olması ilə bağlıdır. Bu saat hamı avtobuslarda kondisionerin olmamasından şikayətlənir. Kondisionerli avtobusu alıb Bakıya gətimək daşımalarla məşğul olan sahibkarların imkanı xaricindədir. Çünki həmin avtobusların qiyməti 200 min manat civarındadır. Bu isə rentabelli deyil. Bunu ancaq dövlət edə bilər. Dövlətin siyasəti odur ki, problemləri həll etməkdə iştirak etsin. Buna görə də, böyük ehtimalla Bakıya yaxın vaxtlarda "Baku Bus" avtobuslarına oxşar yeni avtobuslar gələcək.

3-cü ana xətt odur ki, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları artıq ləğv olunur. İndiyə qədər qanunda belə idi ki, nişan, svetafor, nişanlanma xəttinin təşkili ilə bağlı Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları qərar qəbul edirdi və onu polis icra edirdi. Artıq bütün rayonlada, o cümlədən, Bakıda da Yol Hərəkəti Təhlükəsizliyi Komissiyaları yoxdur. O işlərlə Bakı şəhərində Bakı Nəqliyyat Agentliyi, bölgələrdə isə yol polisi məşğul olacaq. Sadəcə formal olaraq o komissiya qalır. Çünki o komissiyasının başqa funksiyaları da qalır. Yol strategiyasının müəyyən olunmasında, qanunvericiliyin təkmilləşməsində iştirak edir. Bundan əlavə, Bakı Nəqliyyat Agentliyinə tapşırılıb ki, Bakı şəhərində taksi sürücüləri, avtobuslar, taksilər üçün, avtobus sahibləri, taksi sahibləri ilə bağlı tələbləri müəyyən etsin. Üstəgəl, Bakı Nəqliyyat Agentliyinə səlahiyyət verilib ki, taksilər üçün kvota müəyyən etsin. Məsələn, Bakıda müəyyən oluna bilər ki, cəmi 7000 taksi olsun. Bu məsələ gələcəyin işidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1089   Tarix: 07 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Putin prezidentlik şəhadətnaməsini alıb

Ötən ay Rusiyada keçirilən prezident seçkilərində 87,28 faiz səslə qalib gələn Vladimir Putin seçki şəhadətnaməsini Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovadan alıb. xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin Pamfilova ilə ofisində görüşüb. Pamfilova Rusiya Federasiyasını

16.04.2024 162
.

Yunanıstan tərəfindən ölən qeyri-qanuni miqrantlar xilas edildi

Yunanıstanın sahil mühafizəsi tərəfindən Bodrumun şimal-qərbində qalan qeyri-qanuni miqrantların xilas edildiyini açıqlayıb. BİG.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Müdafiə Nazirliyi məlumat yayıb. Həmin görüntüləri təqdim edirik:

16.04.2024 134
.

"Semka" da həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətindən -a verilən məlumata görə, bu dəfə "Semka" ləqəbi ilə tanına

16.04.2024 572
.

Gəncə sakini itkin düşdü

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında "Vito" markalı mikroavtobusdan düşü

16.04.2024 486
.

Ərəb ölkələrini sel basdı

Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb. "Qafqazinfo" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb. Məlumata görə, Dubay şəhərind

16.04.2024 245
.

"Vətəndaş yaşayış yerindən arayış təqdim edirsə, həmin ərazidə ona güzəştli parklanmaya şərait yaradılmalıdır" - Ekspert

Milli Məclisin üzvü Naqif Həmzəyev parklanma ilə bağlı tariflərə yenidən baxılacağına ümid etdiyini bildirib.Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, parklanma yerlərinə yaxın ərazilərdə yaşayan insanlar 24 saat ərzində parklanma xidmətindən istifadə edə bilirlər, lakin sözügedən ərazilər

16.04.2024 418
.

Bakının üç rayonunda qaz olmayacaq

"Dübəndi" QPS-də "Dübəndi əlaqələndirici" qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmi

16.04.2024 317
.

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb. V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətin

16.04.2024 305
.

Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər: Ülkərlə bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib. Bu barədə o, -ə danışıb. Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər. "12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Məni istəmişdilər

16.04.2024 883