"Dedilər ki, zırpı-zırpı oğlanlar çimir deyə..." - "Aqua park"da ölən Zamiqin yasından Video

"Dedilər ki, zırpı-zırpı oğlanlar çimir deyə..." - "Aqua park"da ölən Zamiqin yasından VideoXəbər verdiyimiz kimi, dünən Novxanı qəsəbəsində yerləşən "Aqua park"da bədbəxt hadisə baş verib. Əvvəlcə mətbuata əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verdiyi və bu səbəbdən Zamiq Nağıyevin həyatını itirdiyi bildirilsə də, daha sonra mərkəzin meneceri Sevinc Rəşidova ölümə səbəb kimi qıcolmanı göstərib.

"Qafqazinfo"nun əməkdaşları da bu gün Balaxanıda Zamiq Nağıyevin yas mərasimində iştirak ediblər. Qardaşı Nicat Nağıyev mərhumun qıcolma və ya hər hansı bir xəstəliyinin olmasını qəti qəbul etmir. Mərkəzin təhlükəsizlik kameralarına baxan N. Nağıyev hadisəni belə şərh edib:

"Zamiq saat 13:36-da "Aqua park"a gəlib, hadisə isə 15:07-də baş verib. Attraksionun yuxarısında və ya aşağısında, ümumiyyətlə istirahət mərkəzində nəzarətçi yoxdur. Buna səbəb kimi insanların nəzarətçinin sözünə baxmamasını göstərdilər. Dedilər ki, zırpı-zırpı oğlanlar çimir, mühafizəçi də onlara bir söz deyəndə problem yaradırlar. Videodan görünür ki, Zamiq attraksionun aşağısında çimir, bu zaman yuxarıdan hələ ki, şəxsiyyəti bəlli olmayan bir nəfər sürüşüb Zamiqin başından bütün çəkisi ilə zərbə vurur. Daha sonra, Zamiqin hərəkətsiz olduğunu görən və yaxınlıqdakı masada yemək yeyən 17 yaşlı bir oğlan paltarlı formada suya tullanıb Zamiqi çıxarır. Ətrafdakı digər qonaqlar da ona kömək edirlər.

Özüm hüquqşünasam, maraqlandığım zaman məlum oldu ki, mərkəzdə nə həkim, nə nəzarətçi, nə mühafizəçi olub. İlkin tibbi yardımı belə hovuzda çimən şəxslər edib.

Orada sürüşən şəxs də aşağıda kiminsə olub olmadığını görə bilmir. Onlara nəzarətçilər xəbərdarlıq etməlidir. 35 yaşlı biri 1.30 metrlik hovuzda boğula bilməz".

N. Nağıyev qeyd edib ki, bu məsələni boş buraxan deyil:

"Bu, 3-cü hadisədir, artıq nəsə bir tədbir görmək lazımdır. 6 nəfərin izahatını alıblar heç birinin əmək müqaviləsi yoxdur. Elə bu şirkətin əmək məcəlləsində 100-120 min mülki məsuliyyəti var. Elə bir yerdə istirahət etməyi heç kimə məsləhət görmürəm. Hər an hər şey ola bilər".

Qeyd edək ki, Z. Nağıyev evli olub, 5 yaşlı oğlu, 1 yaşlı qızı var. O, turizmlə məşğul olub və insanları turistik yerlərə aparmaqda xidmət göstərib. Həmin gün də qonaqlarını ora apardığı ehtimal edilir. Hazırda polis hadisəni törədən şəxsi axtarır.

"Dedilər ki, zırpı-zırpı oğlanlar çimir deyə..." - "Aqua park"da ölən Zamiqin yasından Video"Dedilər ki, zırpı-zırpı oğlanlar çimir deyə..." - "Aqua park"da ölən Zamiqin yasından Video


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4182   Tarix: 06 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

20:29 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

20:45 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0