"Elmar Vəliyevi və ailəsini Gəncədən çıxarmaq istəyirlər" - Güllələnən icra başçısı haqda yeni xəbər

"Elmar Vəliyevi və ailəsini Gəncədən çıxarmaq istəyirlər" - Güllələnən icra başçısı haqda yeni xəbərXəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Bununla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Yunis Səfərov bundan əvvəl də Elmar Vəliyevi öldürmək istəyib. Bundan əlavə o Suriya döyüşlərində də iştirak edib.

"Elmar Vəliyevi və ailəsini Gəncədən çıxarmaq istəyirlər" - Güllələnən icra başçısı haqda yeni xəbərBununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa Bildirib ki, bu, siyasi-ideoloji xarakterli terrordur:

"Bu, birbaşa Elmar Vəliyevin xurafat əleyhinə atdığı addımlara qarşı kənardan planlanmış bir aksiyadır. Bu, şəxsi motivlər və hansısa bir təhqirə görülən verilən cavab deyil. Belə insanlar Azərbaycanda sabitliyi pozmağa çalışırlar. Camaatı icra hakimiyyətinin qarşısına çağırırlar ki, Elmar Vəliyevi və ailəsini Gəncədən çıxarsınlar. Bütün bunlar bizə 1993-cü ilin Gəncə qiyamını xatırladır. Saytlara və sosial şəbəkələrdəki statuslara fikir verəndə görürsən ki, bu, səbəbsiz deyil. Bəlli oldu ki, bu, kənarda təlim görmüş bir şəxsdir. Bizim cəmiyyət də hadisə baş verəndə mahiyyətini araşdırmadan hamı hay-küylə qiymət verməyə çalışır. Düşünürəm ki, dövlət qurumları sərt davranmalı və bu şəbəkənin ortaya çıxması üçün çalışmalıdır. Biz də dövlət qurumlarını dəstəkləməliyik. Prezidentin təyin etdiyi icra başçısından narazı olmaq olar. Davranışı və yaxud da hansısa addımı xoşa gəlməyə bilər. Bir icra başçısının qətlə yetirilməsi cəmiyyətdə xaos və qarşılıq yaratmaq üçün düşünülmüş bir addımdır. Mən buna fərdi qaydada yanaşmıram. Çünki burda təkcə bir icra başçısının taleyindən söhbət getmir. Burada söhbət dövlətin taleyindən gedir. Əgər nöqsanlar varsa, bunu dövlət başçısı düzəldər. Nöqsanlara yol verən deputatları prezident özü dəfələrlə cəzalandırıb. Amma məsələnin bu cür həll edilməsi məntiqə sıxmır. Bunun qarşısı zamanında alınmalıdır".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9514   Tarix: 06 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568