İcra başçısını güllələyən Yunis Səfərovu hansı cəza gözləyir?

İcra başçısını güllələyən Yunis Səfərovu hansı cəza gözləyir?Ölkə mediasının gündəmini Gəncənin İcra başçısı Elmar Vəliyevin və mühafizəçisinin silahlı hücuma məruz qalması xəbəri zəbt edib.Rəsmi məlumata görə, iyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Cinayəti törətməkdə şübhəli bilinən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Femida.az məsələnin hüquqi tərəflərinə aydınlıq gətirmək üçün araşdırma aparıb. Yunis Səfərova qarşı irəli sürülən ittihamlar məhkəmə yolu ilə öz sübuta yetirilərsə, onu hansı cəza gözləyir?Ümumiyyətlə qeyd olunan maddələrin açıqlaması nədir?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsində cinayət etməyə cəhddən bəhs olunur.

Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

Cinayət Məcəlləsinin 120.2.3. maddəsi zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; 120.2.7. maddəsi isə iki və ya daha çox şəxsi öldürmə ilə bağlıdır.

Qeyd olunan maddələrlə ittiham olunan şəxsin təqsiri şübuta yetirilərsə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

İcra başçısını güllələyən Yunis Səfərovu hansı cəza gözləyir?Praktikadan yanaşsaq,burada dövlət məmuruna silahlı hüumdan söhbət gedir. Yunis Səfərova ömürlük həbs cəzasının verilməsi daha realdır.Amma məsələnin başqa bir tərəfi də var. Məlum olduğu kimi Səfərov Yunis Rafiq oğlu milliyətcə azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır.Bu isə onun cəzasının Rusiyada çəkməsinin mümkünlüyünü qanunla təsdiq edir.

Femida.az məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü,vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb.Vəkil məsələnin detallarına aydınlıq gətirərkən bildirib ki, hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "Məhkumların cəza çəkmək üçün verilməsi haqqında" müqavilə mövcuddur.

"Ekstradisiya (cinayət törətmiş şəxsin digər dövlətə verilməsi) və cinayət işləri üzrə hüquqi yardım beynəlxalq hüquqda müxtəlif formalarda tətbiq olunur. Nəzərə alınmalıdır ki, ekstradisiya məsələsi məhkumun sosial reablitasiyasının təmin edilməsinə yönəlmiş beynəlxalq əməkdaşlığın mühüm bir formasıdır. Hazırda ölkəmiz cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahələrində "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına, "Cinayət işləri üzrə hüquqi yardım haqqında" 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyasına, Minsk Konvensiyasına, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında imzalanmış «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına (bundan sonra – Kişinyov Konvensiyası) qoşulmuş və digər bu kimi beynəlxalq müqavilələr imzalanıb. Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "Məhkumların cəza çəkmək üçün verilməsi haqqında" müqavilə mövcuddur. Bu müqaviləyə görə Tərəflər, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası bu müqavilənin müddəalarına uyğun olaraq sorğuya əsasən Tərəflərdən birinin ərazisində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş digər Tərəfin vətəndaşları olan şəxsləri cəzanı çəkmək üçün vətəndaşı olduqları ölkəyə verirlər. Cəzanın çəkilməsi üçün məhkumun verilməsi hökmü çıxaran və hökmü icra edən dövlətin təklifi ilə həyata keçirilə bilər. Eyni zamanda məhkum, onun yaxın qohumları, yaxud qanuni nümayəndəsi hökmü çıxaran Dövlətin, yaxud hökmü icra edən dövlətin səlahiyyətli orqanlarına məhkumun verilməsi haqqında vəsatətlə müraciət edə bilərlər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında bu işlər üzrə səlahiyyətli orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyidir. Hökmü icra edən Dövlət bu Müqaviləyə tamamilə uyğun surətdə verilməsi tələb olunan şəxsin qəbul edilməsindən imtina edə bilməz. Bu baxımdan Yunis Səfərovun barəsində çıxarılmış məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra cəzasını çəkmək üçün onun vətəndaşı olduğu Rusiya Federasiyasına verilməsi istisna olunmur."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4032   Tarix: 06 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447