"Elmar Vəliyev mömin, dindar ailədəndir, Allaha inanır" - Güllələnən icra başçımız haqda yeni xəbər

"Elmar Vəliyev mömin, dindar ailədəndir, Allaha inanır" - Güllələnən icra başçımız haqda yeni xəbərİyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova sui-qəsd edilməsi ölkə gündəminin əsas müzakirə mövzularından biridir.

Qeyd edək ki, cinayəti törədən – 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

Ötən gün Yutube kanalında Gəncədə icra başçısına qarşı sui -qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Orada guya Yunisin "xanımı" sui-qəsd əməlinin motivini izah edir.

Xanım iddia edir ki, baş verən hadisə şəxsi qisas zəminində deyil, Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən guya təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, ümumiyyətlə, Azərbaycana gəlmir. Qadın səsi iddia edir ki, məsələdə dini amil əsasdır: "Yunis İmam Hüseyn əleyhisəlamın qisasını aldı. Çünki Elmar dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib", deyə, qadın iddia edib. O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: "Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur. Onun Elmarla heç bir şəxsi ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi. Həm evi var idi, maşını var idi, özü "yurist"lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun. Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdı, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadı… Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb… Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun…"

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Yeni Müsavat"a açıqlamasında səslənən iddiaları təkzib etdi: "Birincisi, Taleh Bağırzadənin ora nə aidiyyəti var?

Taleh Bağırzadə Gəncədən deyil. Onun törətdiyi cinayətlər Nardaranda baş verib və burada da həbs olunub. Belə olan təqdirdə onun Gəncəyə nə aidiyyəti var? İkinci bir tərəfdən, Gəncədə İmamzadənin bərpasını Heydər Əliyev Fondunun, hörmətli Mehriban xanım Əliyevanın, cənab prezidentin təşəbbüsü ilə bərpa olundu. Özü də heç yerdə olmayan şəkildə bərpa olunub. Əgər İmam Hüseynə münasibət pis idisə, heç bu məsələ qaldırılmazdı və ən yüksək səviyyədə bərpa olunub vətəndaşlarımızın ixtiyarına verilməzdi. Hər Aşura günlərində ora yüz minlərlə insanlar ziyarətə gəlir, mərasimdə iştirak edirlər. Onların hamısı üçün şərait yaradılır və təhlükəsizlikləri təmin olunur. Digər tərəfdən də Gəncədə bütün məscidlər, mədrəsələr bərpa olunub, xalqın sərəncamına verilib".

YAP-çı komitə sədri qeyd etdi ki, ümumiyyətlə, E.Vəliyevin rəhbərliyi ilə Gəncədə şəhərin adına layiq işlər görülüb: "Bu gün Gəncənin hansı guşəsinə baxsan, orda görülən işlərin şahidi olmaq olar. Təbii ki, bunu gözü götürməyənlər var. Yoxsa burada hər hansı bir dini, yaxud məzhəb məsələsi ilə əlaqələndirmək olmaz, qəti şəkildə bu, düzgün deyil. Təkcə İmamzadənin bərpası səslənən iddialara cavabdır. Bəlkə də yaxın ölkələrdə belə bir kompleks mövcud deyil. İmam Rza məqbərəsindən sonra ən öndə gedən məqbərələrdən birinə çevrilib. İmama münasibət budur. Onu da qeyd edim ki, hər bir şəxs kimi Elmar Vəliyev də Allaha inanır. Bir var qatı şəkildə dindar olasan, dini ritualları yerinə yetirəsən, bir də var hər bir şəxsin qəlbində haqq, ədalət, Allah sevgisi var. Azərbaycan dünyəvi dövlətdir, dini dövlət deyil. Bunlar həmişə mömin, dindar ailə olub. Qatı mövhumatçı yox, dindar ailə olublar. Ona qarşı deyilən məsələlərin hamısı yalandır, böhtandır, təxribatdır. Kimsə internet vasitəsilə belə bir iddia ilə çıxış edib. Bunlar hamısı təxribatın nəticəsidir".

S.Novruzov səslənən iddianı təxribat hesab etdiyini vurğuladı: "Bu, hansısa qüvvələrin, yaxud ölkənin təxribat qrupunun ortaya atdığı iddiadır. O baxımdan da bu, Azərbaycandakı tolerantlığa qarşı qoyulan məsələ, atılan addımdır. Şübhə yoxdur ki, bu kimi cəhdlərlə Azərbaycanı qarışdırmaq istəyirlər. Hazırda istintaq işi gedir və bütün məsələlər üzə çıxarılacaq".

S.Novruzov E.Vəliyevə qarşı sui-qəsddə dini amilin birmənalı olaraq kənara qoyulmasını zəruri saydı: "Burada dini amildən söhbət gedə bilməz. Bunu ortaya atanlar da Azərbaycanda məzhəb qarşıdurmasını salmaq istəyən insanlardır. Bu, çox təhlükəli məsələdir. Ona görə də bütün dindarlar, aidiyyəti strukturlar bu məsələyə münasibətini bildirməlidir. Bu günə qədər Azərbaycanda dini məzhəbə görə kiməsə qarşı hər hansı sui-qəsd, terror, yaxud təxribat olmayıb. Bu günə qədər Azərbaycanda müəyyən qüvvələr qeyri-qanuni hansısa dini cərəyanlarda fəaliyyət göstəriblər, onlar da qanun qarşısında cavab veriblər. Hesab edirəm ki, Azərbaycanda bütün dinlərin fəaliyyət göstərməsi üçün hər cür şərait var. Cənab prezident də bu yaxınlarda kifayət qədər vəsait ayırdı. Azərbaycanda dini universitet açıldı. Özü də tək İslam dini ilə bağlı deyil, həm də digər dinlərlə bağlı olan şəxslər orda təhsil alacaqlar. O cümlədən bütün məscidlər, mədrəsələr bərpa olunub. Şamaxıda ən qədim məscid bərpa olunub. Yəni Azərbaycanda dini məsələ ilə bağlı problem yoxdur. Bunu süni şəkildə ölkəmizə yeritmək istəyənlər çox səhv yoldadırlar. Çünki Azərbaycan xalqı kifayət qədər savadlı, təhsilli xalqdır və hər şeyi yaxşı başa düşür, görür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4420   Tarix: 06 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191