Qarabağın Azərbaycana qaytarılmasını istəyən deputat öldürülə bilər - VİDEO

Qarabağın Azərbaycana qaytarılmasını istəyən deputat öldürülə bilər - VİDEOİyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransının Rusiyadan olan iştirakçıların bəyanatları ermənilərdə şok effekti yaratdı. Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın haqlı mövqeyini müdafiə edənlərdən biri də Rusiya Dövlət Duması komitəsi sədrinin müavini, Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyev idi.

Rusiyalı deputat konfransda çıxışı zamanı Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hər hansı şərt olmadan Azərbaycana qaytarılmalı olduğunu bildirdi.

"Ermənistanın blokadada olması məhz Dağlıq Qarabağ münaqişəsi ilə şərtlənib. Buna görə ölkəni dərin iqtisadi böhran bürüdü. Ancaq təəssüf ki, Ermənistan hakimiyyəti hələlik bunu başa düşmür. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq", - deyə rusiyalı deputat bildirib.

Savelyevin sözlərinə görə, Rusiyada Ermənistanın yeni hökumətinin dəyişkən siyasətini anlayırlar və məyusdurlar. Moskva Bakının simasında etibarlı müttəfiqini görür.

Deputat onu da qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan sürətlə inkişaf etsə də, Ermənistan geriləyib:

"Bu baxımdan, Ermənistan torpaqları qaytarsa, onun öz iqtisadiyyatı üçün də mühüm addım olar. Rusiya Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha fəal olmalıdır. Biz Ermənistanı da itirmək istəməzdik. Amma təəssüf ki, Ermənistan bunu düşünmək əvəzinə NATO ilə isti münasibətlərə can atır".

Dövlət Dumasının üzvünün bu fikirlərindən sonra ona hücumlar başlayıb.

"Rossiya 1" telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunun qonağı olan erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasaryan Dmitri Savelyevi məhv etməyə çağırıb.

"Sizin deputatınız münaqişə zonasına gedərək ağzına gələni danışır. Onu məhv edin", - erməni ekspert tok-şouda iştirak edən Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə üz tutub.

Maraqlıdır ki, verilişin aparıcısı Solovyov da onu dəstəkləyib.

"Savelyev bildirdi ki, Azərbaycan Rusiyanın müttəfiqidir və mübahisəli rayonları (işğal edilmiş ərazilərin "mübahisəli" adlandırılması aparıcının mövqeyini açıq şəkildə ortaya qoyur –red.) Azərbaycana vermək lazımdır", - o deyib.

Həmçinin, Jirinovski də Baqdasaryanın dedikləri ilə razı olduğunu söyləyib.

Qeyd edək ki, Dmitri Savelyev Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi ilə tanınır. O, 2016-cı ildə Moskvada Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin Ermənistana xeyir gətirmədiyini deyib.

Rusiyalı deputat Azərbaycanın heç vaxt Dağlıq Qarabağın işğalı ilə razılaşmayacağını söyləyib.

"Təsəvvür edin ki, sizin iki otaqlı eviniz var. Bir silahlı şəxs gəlib evinizə girir, sizi evdən qovur, evi əlinizdən alır. Siz bununla razılaşarsınızmı? Bu hələ harasıdır. Azərbaycanın təkcə Dağlıq Qarabağ regionu işğal olunmayıb. Ona bitişik olan yeddi rayon da işğal olunub. Bəs, bu fakt necə?! Əgər Dağlıq Qarabağ mübahisəli regiondursa, onda 7 rayonu işğal etmək nədir? Bəs, Azərbaycan xalqından nə gözləyirsiniz? Sakit qalmasınımı, susmasınımı? Heç vaxt! Azərbaycan heç vaxt bununla razılaşmayacaq", - o vurğulamışdı.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 991   Tarix: 04 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

16:05 138
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 519
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 285
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

16:06 244
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

12:27 514
.

Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə salındı

Bir neçə gün bundan öncə ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə düşüb. -ın əldə etdiyi məlumata görə, sənətçinin qız nəvəsi Rəfiqə Məmmədovanın yaxın vaxtlara planlaşdırılan toy məclisi məlum hadisə səbəbindən təxirə salınıb. Əməkdar artist Cavanşi

22.04.2024 1696
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

16:25 132
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 237
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

0