Xəzərdə irimiqyaslı ekoloji fəlakətə ola bilər - AMEA rəsmisi açıqladı

Xəzərdə irimiqyaslı ekoloji fəlakətə ola bilər - AMEA rəsmisi açıqladı"Neft ehtiyatları tükəndiyi və quyuların istismarı məqsədəuyğun olmadığı üçün Nazirlər Kabineti bəzi torpaq sahələrinin burada yerləşən SOCAR-a məxsus müxtəlif kateqoriyalı quyular nəzərə alınmadan sənaye təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi haqqında sərəncam verdikdən sonra əhalinin bu sahələrdə qanunsuz tikinti işləri aparması bu sahədə vəziyyəti daha da gərginləşdirib".

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev "Xalq qəzeti"ndə dərc olunan "Fövqəladə hallar atlasının hazırlanması günün tələbidir" başlıqlı məqaləsində yazıb.

İ.Quliyev bildirib ki, quyular olan sahələr şirkətin balansından çıxarıldığına görə, nəzarətdən kənarda qalıb:

"Eyni zamanda, əksər sahələrdə hüquqi və fiziki şəxslər tərəfindən ərazidə tikinti işləri aparılarkən həmin quyulara qanunsuz müdaxilə edilir, quyuların istiqamətləndirici, qoruyucu və istismar kəmərləri kəsilir və heç bir izolə işləri aparılmadan basdırılır ki, bu da nəticədə qəza və bədbəxt hadisələrin baş verməsinə zəmin yaradır".

AMEA rəsmisi bildirib ki, Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyası neft-qaz infrastruktur obyektlərinin miqdarına və burada neft-qaz hasilatının həcminə görə, dünyada ən böyük texnogen təhlükə zonalarından hesab olunur.

"Bura Qazaxıstandan və Türkmənistandan hər il təxminən 10 milyon ton neft və neft məhsullarının tranzit daşımalarını əlavə etsək, irimiqyaslı qəzaların baş verməsinin real olduğunu görərik. Buna misal olaraq 1985-ci ildə Qazaxıstanın Tenqiz neft yatağında sahildən 6 km məsafədə yerləşən 37-ci quyuda baş vermiş qlobal səviyyəli qəzanı göstərmək olar. Quyudan vuran alovlanan neft fantanını söndürmək üçün çoxsaylı üsullar tətbiq olunmasına, xaricdən mütəxəssislər dəvət olunmasına baxmayaraq, qəzanın nəticələrinin aradan qaldırılması 398 gün çəkmişdir. Müxtəlif hesablamalara görə, bu müddət ərzində 3-15 milyon tona qədər neft, 2-8 milyard kubmetr qaz yanmışdır. Bu 2010-cu ildə Meksika körfəzində Makonda yatağında baş vermiş qəzanın nəticələrindən 7-30 dəfə çoxdur. Yanğın zamanı quyuda temperatur 1500-2100 dərəcəyə çatırdı.

Xəzər dənizi akvatoriyasında müxtəlif neft-qazçıxarma idarələrinə məxsus istismarı dayandırılıb və atılıb, üzərində iri qabaritli istismara yararsız avadanlıqlar quraşdırılmış 400-ə yaxın özül və estakadayanı meydança mövcuddur. Həmin hidrotexniki qurğular üzərində fəaliyyəti dayandırılmış 1285 neft quyusu qeydə alınıb, bunlardan 164-ü hidrotexniki qurğuların qəzalı olması səbəbindən ləğv edilməyib. Quyudaxili təzyiqin qalxması səbəbindən neft və qaz sızmalarının başvermə riski mövcuddur. Bu isə gələcəkdə Xəzər dənizi akvatoriyasında irimiqyaslı ekoloji fəlakətə səbəb ola bilər. Həmçinin, ləğv edilmiş quyuların lülələrinin dənizin dibi səviyyəsində kəsilərək götürülməsi məsələsi bu günədək tam həllini tapmayıb.

Son vaxtlar dəniz neft və qaz infrastruktur obyektlərində insanların ölümü, iqtisadiyyata dəyən külli miqdarda ziyanla nəticələnən qəzalar (buna 2014 və 2015-ci illərin dekabr aylarında dəniz estakadalarında baş vermiş qəzaları göstərmək olar – İ.Q.) bir daha təsdiq edir ki, 60 ildən artıq bir dövr ərzində dənizdə qurulan fərdi özüllər, platformalar, estakadalar, boru kəmərləri və digər obyektlərin ciddi və kompleks şəkildə mövcud vəziyyətinin qiymətləndirilməsi və nəticədə müvafiq təhlükəsizlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə ehtiyac var. Çox böyük ehtimalla demək olar ki, ötən dövr ərzində dənizdə qurulan obyektlərin böyük bir qismi gəmilərin hərəkətinə mane olan, burada canlıların fəaliyyətinə ziyan verən, vaxtaşırı qəzalarla nəticələnən istifadədən çıxmış və ya istismarı təhlükə yaradan metal yığıntısına çevrilib (təxmini hesablamalara görə dənizdə bir milyon tondan artıq istifadədən çıxmış metal mövcuddur – İ.Q.)"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 02 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914