AVRONEST Ermənistanı işğalıçı kimi tanıdı

AVRONEST Ermənistanı işğalıçı kimi tanıdıYekun sənədin mətnində Dağlıq Qarabağın işğal olunmasını təsdiq edən Avropa Parlamentinin 2010-cu il qətnaməsinin nəzərə alınması barədə müddəa var

"AVRONEST-in Bakı sessiyası ilə bağlı yekun sənədin mətnində Dağlıq Qarabağın işğal olunmasını təsdiq edən Avropa Parlamentinin 20 may 2010-cu il qətnaməsinin nəzərə alınması barədə müddəa var. Bu isə AVRONEST-in Ermənistanı işğalçı dövlət kimi qəbul etdiyini göstərir".

Bu barədə Milli Məclisin deputatı, AVRONEST-dəki Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib. Onun sözlərinə görə, bu sənəd faktik olaraq qurumun Ermənistanı işğalçı saydığını göstərir.

"AVRONEST Parlament Assambleyasında ilk dəfə idi ki, belə bir sənəd qəbulu olunurdu. Qeyd edim ki, Avropa Parlamentinin 20 may 2010-cu il tarixli qətnaməsi var. Həmin qətnamə Cənubi Qafqazda Avropa İttifaqının strategiyasına dair sənəddir. Orada Ermənistan işğalçı kimi tanınır. Bu dövlətin Azərbaycan ərazilərini işğal etdiyi və məcburi köçkünlər məsələsi qətnamədə qeyd olunur. Məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qeyri-şərtsiz tələb var"-deyə deputat vurğulayıb.

A. Quliyev bildirib ki, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitənin iclasında qəbul edilən bu sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsi bir daha vurğulanır:

"Bu məsələnin beynəlxalq hüquq norması çərçivəsində həlli tələb olunur. Komitədə bu məsələlər qeyd olundu və Avropa Parlamentinin adıçəkilən sənədinə istinad olundu. Bu o deməkdir ki, bundan sonra AVRONEST Parlament Assambleyasında Dağlıq Qarabağla bağlı qaldırılımış bütün məsələlərdə həmin qətnaməyə istinad ediləcək. İndiyə kimi biz nə zaman iclaslarda Dağlıq Qarabağdan danışırdıq, o zaman irad tutudular ki, ki, bu, AVRONEST Parlament Assambleyasına aid deyil. Onun bununla bağlı hər hansı bir əlaqəsi yoxdur. Bundan sonra isə hesab edirəm ki, biz asanlıqla həmin qətnaməyə istinad edərək Dağlıq Qarabağla bağlı siyasətimizi apara biləcəyik" –deyə millət vəkili vurğulayıb.

A. Quliyevin sözlərinə görə, sessiyadakı müzakirələrdə bunun o qədər də fərqinə varılmayıb. "Əslində isə bu, bizim dəyişikliyimiz idi və bu qəbul olundu. Nəzərinizə çatdırım ki, həmin hesabatın müəlliflərindən biri də Artur Sakaryan adlı erməni idi. Qətnamədən sonra hesab edirəm ki, AVRONEST Parlament Asambleyasının bütün rəsmilərinin bu bəhanəsi aradan qalxacaq. Bütün tədbirlərdə buna istinad edəcəyik. Qarabağla bağlı müzakirələrdə bütün rəsmilər buna istinad etmək zorunda qalacaqlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2508   Tarix: 26 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22.04.2024 282
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 201
.

"Bir güllə belə atılmadan 4 kəndimizin geri qayıtması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir"

"Həqiqətən də çox qürürlu və xoşbəxt günlər yaşamaqda, ard-arda qələbə xəbərlərini almaqdayıq. Artıq bu həftə ərzində ikinci böyük qələbə xəbərini almışıq. Belə ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

22.04.2024 335
.

Türkiyədə metro stansiyasını su basdı - VİDEO

Türkiyənin İstanbul şəhərində metronu su basıb. BİG.AZ xəbər verir ki, leysan yağışı nəticəsində "Yenibosna" metro stansiyası su altında qalıb. Həmin görüntüləri təqdim edirik:

22.04.2024 277
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22.04.2024 338
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 292
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22.04.2024 683
.

"Bundan sonra Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması müzakirə ediləcək" - Politoloq

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, 4 kəndin qaytarılması Azərbaycanın növbəti uğurlarından və qələbələrindən biridir.Bundan sonra Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycan

22.04.2024 2609
.

"ABŞ-nin TikTok sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq"

"ABŞ-nin TikTok sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq". xəbər verir ki, BBC-də yayımlanan xəbərə görə, TikTok sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsinin təsdiqini pisləyib. Sözçü ABŞ-ın TikTok-

22.04.2024 266