Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi?
XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən «Azərbaycan» anlayışı ilə əlaqədar vəziyyət xeyli dərəcədə dəyişməyə başladı. Belə ki, bu dövrdə bəzi ziyalılarımız tərəfindən «Azərbaycan» anlayışının yeni məna kəsb etməsi istiqamətində müəyyən addımlar atıldı: «Azərbaycan» adlı qəzetin nəşrinə cəhd göstərildi (Ünsizadə qardaşları); Qafqazın cənub-şərq hissəsinin «Azərbaycan», Qafqaz müsəlmanlarının «azərbaycanlı-türk», dilinin «Azərbaycan-türk dili» adlanması qeyd edildi (M.Şahtaxtlı); «Azərbaycan türklərinin ədəbiyyatı» adını daşıyan ilk kitab nəşr olundu (F.Köçərli); eləcə də «türk milləti», «azərbaycanlı» («Kəşkül»-Ünsizadələr), «Azərbaycan türkləri» (Ə.Hüseynzadə), «Azərbaycan sadə türkcəsilə» (Ü.Hacıbəyli), «Azərbaycan (türk) arvadları» (Y.V.Çəmənzəminli), «türk Azərbaycan qəzeti», «azərbaycanlı-türk», «Azərbaycan türk muxtariyyəti» (M.Ə.Rəsulzadə) və b. istilahlar gündəmə gətirildi.
XIX əsrin sonlarında M.Şahtaxtlı yazırdı ki, Zaqafqaziya müsəlmanları etnik mənşə və dil etibarilə nə tatar, nə də fars amili ilə bağlıdır, onlar türkdürlər-Azərbaycan türkləri: «Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud azərbaycanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı».
«Azərbaycan» anlayışı ilə bağlı kəskin dönüş isə birinci Dünya müharibəsi illərində (1914-1918) baş verdi. Bu dövrdə «Azərbaycan» anlayışının tamamilə yeni siyasi-ideoloji prinsipləri işlənib hazırlandı. Xüsusilə, M.Ə.Rəsulzadə 1917-ci ildə yazdığı bir neçə məqaləsində Cənubi-Cərqi Qafqazın da tarixən «Azərbaycan» adlanması fikrini irəli sürdu və müdafiə etməyə başladı.
Ancaq «Azərbaycan» leksik vahidinin hüquqi və siyasi-ideoloji məna daşımasının səbəbi 1918-ci ildə Cənubi Qafqazda qurulan yeni tipli dövlətlərdən birinin «Azərbaycan Cümhuriyyəti» adlanması olmuşdur. Halbuki, Azərbaycan Cümhuriyyətinin qurucusu və ideoloqu M.Ə.Rəsulzadənin də qeyd etdiyi kimi I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilmişdir. O, daha sonra yazır: «Hərbdən və böyük Rusiya inqilabından sonra dillərdə dolaşan Azərbaycan hazırda Azərbaycanın şimalında Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər». Deməli, «Azərbaycan» anlayışı yalnız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğrafi» anlamdan kənara çıxaraq siyasi-ideoloji məna kəsb etmişdir. «Tarixi-coğrafi Azərbaycan» anlayışının siyasi-ideoloji məna kəsb etməsi nəticəsində də «Azərbaycan türk milləti», «Azərbaycan türk xalqı», «Azərbaycan türk dili», «Azərbaycan türk dövləti» və b. istilahlar istər ölkə daxilində, istərsə onun xaricində siyasi və hüquqi status qazanmağa başlamışdır
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 3008 Tarix: 24 aprel 2012
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTürkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544