Tramp Prezidentə Qarabağla bağlı mesaj verdi

Tramp Prezidentə Qarabağla bağlı mesaj verdiHazırda Beynəlxalq Mətbuat Mərkəzində Uluslararası Qarabağ forumu keçirilir.

Axar.az xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirdə millət vəkili Tahir Kərimli, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı, sabiq nazir İsgəndər Həmidov, Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli, professor Qafar Çaxmaqlı, tarixçi Dilavər Əzimli, Qarabağ müharibəsi qəhrəmanı Arif Paşayev, keçmiş baş nazir Pənah Hüseyn, deputat Qüdrət Həsənquliyev, politoloq Elxan Şahinoğlu və başqaları iştirak edir.

Tədbiri giriş sözü ilə açan Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı mərasimin AXC-nin 100 illiyi ilə üst-üstə düşməsinin təsadüfi olmadığını deyib:

"Biz iqtidar-müxalifət nümayəndələri arasında fərq qoymadan hər kəsə dəvət göndərmişik. Çünki Qarabağ məsələsi hansısa bir siyasi partiya və qurumun deyil, bütövlükdə azərbaycanlıların məsələsidir".

Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər bildirib ki, Qarabağ probleminin kökü Rusiya imperiyası dövründə qoyulub:

"Ermənilərə dövlət yaradılması və bu dövlətinin genişləndirilməsi Rusiya strategiyasının bir hissəsidir. Biz məsələnin kökünü bilməsək, nəticəni aradan qaldıra bilmərik. Soyuq müharibədən sonra köhnə dünya nizamı dağıldı. Hazırkı dövrdə bu proses yeni mərhələyə qədəm qoyub".

S.Əkbər həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda açıq şəkildə qarşıdan gələn aylarda Qarabağ probleminin həllinə imkan açılacağı görünür.

Millət vəkili Qüdrət Həsənquliyev hərbi əməliyyatların geniş vüsət almasının vacib olduğunu deyib:

"Azərbaycan Ordusu hər gün erməni əsgəri öldürməlidir. Hər gün erməni ailəsinə əsgər meyiti getməlidir. Hazırda edə biləcəyimiz ən mühüm məsələ budur. Azərbaycan dünya birliyini də inandırmalıdır ki, nəticədən asılı olmayaraq, qanlı savaşa girəcək. Əgər bu savaş məsələsi qızışmasa, problemin sülh yolu ilə həlli mümkün deyil".

Tədbir davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 774   Tarix: 27 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 221
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 330
.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 132
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 236
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 192
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 932
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 441
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 419
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 421