Boşandığı arvadı 14 yaşlı qızını ərə verir, bədbəxt ata fəryad edir - Azərbaycanda - VİDEO+FOTO

Boşandığı arvadı 14 yaşlı qızını ərə verir, bədbəxt ata fəryad edir - Azərbaycanda - VİDEO+FOTOLerik sakini Mirtəmən Sadoqov Bakıda yetkinlik yaşına çatmamış qızının keçmiş həyat yoldaşı tərəfindən ərə verilməsinə qarşı çıxır, kömək üçün prezidentə və dövlət orqanlarına müraciət edir. Virtualaz.org xəbər verir ki, çarəsiz ata "Kanal 1" internet televiziyasına müraciət edərək azyaşlı qızının anası tərəfindən ərə verilməsinin qarşısının alınması üçün prezident İlham Əliyevdən, dövlət orqanlarından kömək istəyib.

"Mən prezidentə inanıram. Öz hökümətimə inanıram, xahiş edirəm toyun qarşısını alsınlar. Uşaqlar sığınacağa yerləşdirilsin",- Sadıqov müraciətində deyir.

Atanın sözlərinə görə, keçmiş həyat yoldaşı Məmmədova Əminə uşaqlarını ondan gizlədir: "Dövlət araşdırsın, 14 yaşlı qızı ərə vermək olarmı? Qızlarımın adı Leyla, Nüşabə, Aytən və Yeganədir".

M.Sadıqov deyir ki,hazırda qardaşının Binə qəsəbəsindəki evində qalır. Və uşaqlarının taleyi barədə mətbuata hər şeyi açıq danışmaq istəmir. Amma toy təxirə salınsa və azyaşlı qızının ərə verilməsinin qarşısını alınsa dövlət orqanlarına izahat verməyə hazırdır.

"Uşaqlarımı gizlədə və ya başına bir iş gətirə bilərlər. Mən kemiş həyat yoldaşımdan hər şey gözləyirəm. 14 yaşı qızı ərə vermək olmaz. Mən uşaqların oxmasını istəyirdm. Uşaqlarımı gizlədə və ya öldürə bilərlər", -ata söyləyib.

M.Sadıqov bildirir ki, qızlarından biri dayısına verilib, onun evində uşaqlarına qulluq edir: "Qızlarım başqalarına nökərçilik edir. Ana isə gündüzlər evdə olmur, işləməyə, gəzməyə gedir, axşamtərəfi evə gəlir".

Boşandığı arvadı 14 yaşlı qızını ərə verir, bədbəxt ata fəryad edir - Azərbaycanda - VİDEO+FOTOM.Sadıqovun bildirdiyiə görə hazırda keçmiş həyat yoldaşı qızları ilə birgə Türkan bağlarında qalır. Əminə Türkandakı 5-ci südçülük savxozunda fəhlə işləyir.

Virtualaz.org saytı azyaşlının ərə verilməsi faktının qanunla qadağan edilən və cinayət məsuliyyəti yaradan əmək olduğunu nəzərə alaraq bu məsələni araşdırıblar, M.Sadıqovla telefon əlaqəsi saxlayıblar. Sadıqov videomüraciətində dediklərini bir daha təsdiqləyib. Onun sözlərinə görə, 1-i oğlan, 9 qız olmaqla 10 uşaq atasıdır. Qızları təhsil almayıb, oğlu isə hazırda hərbi xidmətdədir. Keçən il həyat yoldaşı ilə ayrılıb, bundan sonra uşaqlarını yalnız 1-2 dəfə görə bilib.

"Ərə verilən Leyla 7-ci övladımdır. Mən onun toyu haqda qohumlarımıza göndərilən dəvətnamədən xəbər tutmuşam. 2004-cü ilin mayında doğulub. Anası ilə birgə fermada işləyir. Ərə getdiyi Arzuman adlı oğlan da fermada onunla birgə işləyib", -ata danışır.

Bakıda fəhləliklə məşğul olan Sadıqov uşaqlarının oxutmağa imkanı olmadığını etiraf edir. Deyir ki, azyaşlı uşaqları anaları ilə birgə fəhləlik edirlər. Toy isə iyulun 1-də Hövsandakı "Sahil" şadlıq sarayında keçiriləcək.

M. Sadıqov deyir ki, dəfələrlə keçmiş həyat yoldaşı Əminə Məmmədova ilə danışmağa çalışsa da, o görüşmək istəmədiyini deyib. Nəinki özü görüşməyib, həmçinin uşaqları da ondan gizlədilib. 10 uşaq atası olan Lerik sakini niyə boşandığı haqda danışmayıb.

M. Sadıqov deyir ki, qızlarla əvvəl görüşüb və uşaqlar dərdlərini ona danışıblar. Amma sonradan Ə. Məmmədova onu uşaqlara və özünə yaxınlaşacağı təqdirdə özünü öldürəcəyi ilə qorxudub.

"Elə şeylər var ki, mətbuata danışa bilmirəm, amma əgər polis araşdırsa, hamısını danışaram. Biz bir il əvvəl boşanmışıq və o, qızlarım Leyla, Nüşabə, Aytən və Yeganəni götürərək atasının evinə gedib. Uşaqlar indiyə kimi məktəb üzü görməyiblər,mən dəfələrlə Əminəyə demişdim ki, gəl bunları məktəbə qoyaq təhsil alsınlar. Amma mənə qulaq asmadı, onların hərəsini aparıb bir qohumun evinə qoydu, hamı da onları nökər kimi saxlayır. Birinə qardaşı baxır, o birilər fermadadırlar. Qızı ona görə ərə vermək istəyir ki, ona mane olmasın, sərbəst olsun. Mənim qızım uşaqdı, özü də ərə getmək istəmir", - deyə ata bildirir.

Azyaşlının toyunun təyin olunduğu şadlıq sayarından iyulun 1-də "cənub bölgəsindən olan bəylə gəlinin" toy üçün yer sifariş verildiyini təsdiqləyiblər. Amma bəy və gəlinin adını deməyiblər.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindən bildiriblər ki, müvafiq qərar verilsə uşaqlar sığınacağa yerləşdirilə bilər. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə deyib ki, faktla bağlı araşdırma aparacaqlar. "Biz hüquq müdafiəçiləri də daxil olmaqla azyaşlılarla iş üzrə dövlət komissiyasını toya dəvət edirik. Hamılıqla iştirak edək", -Ağazadə ironiya ilə söyləyib. Onun sözlərinə görə, uşaqlar valideynlərdən alınaraq sığınacağa yerləşdirməli, təhsilə cəlb edilməlidir. Sabahdan bunun üçün bütün qurumlara müraciət edəcək.

Suraxanı Polis İdarəsindən isə deyiblər ki, onlara azyaşlının toyu ilə bağlı rəsmi müraciət daxil olmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7312   Tarix: 26 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 975
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 435
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 972
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 306
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 252
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1136
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 422
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 185
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 382