"Özüm motivasiya etməliyəm" - Maradonanın tələbi

"Özüm motivasiya etməliyəm" - Maradonanın tələbi

Əfsanəvi futbolçu Dieqo Maradona maraqlı tələb irəli sürüb.

BiG.AZ apasport.az-a istinadən xəbər verir ki, 58 yaşlı argentinalı bu gün dünya çempionatının qrup mərhələsinin Nigeriya ilə oyunundan öncə milli komandası ilə görüşmək arzusundadı.

O bildirib ki, baş məşqçi Xorxe Sampaolinin Argentina millisinə heç bir faydası yoxdu və futbolçuları motivasiya etmək üçün düşərgədə olması vacibdir: "Bayrağımızı müdafiə etməliyik. Bunun üçün də komanda ilə görüş keçirməyim gərəkdir".

Qeyd edək ki, Nigeriya - Argentina oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qrupda qalma təhlükəsi ilə üzləşən Maradonanın həmyerliləri mütləq qələbə qazanmalı, Xorvatiyanın isə İslandiyaya qalib gəlməsinə ümid etməlidi.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 672 Tarix: 26.06.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər