DÇ-2018: Argentina üçün son şans

DÇ-2018: Argentina üçün son şans

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

BiG.AZ goal.az-a istinadən xəbər verir ki, bu gün daha iki qrupda mübarizəyə yekun vurulacaq.

Əvvəlcə C qrupunun qarşılaşmaları oynanılacaq. 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Fransa Danimarka ilə görüşə 1-ci pillədəki yerini qorumaq üçün çıxacaq. “Xoruzlar”a bu matçda heç-heçə də kifayət edəcək. Danimarka isə qalib gəlməyə məcburdur. Əks halda skandinavlar hətta qrupdan çıxmaya da bilər. Avstraliya Peru üzərində qələbə ilə qazanaraq ikinci pilləni ələ keçirə bilər.

D qrupunda isə artıq 6 xalla 1-ci yerin sahibi kimi 1/8 finala vəsiqəni təmin etmiş Xorvatiyanı 1 xala malik debütant İslandiya ilə görüş gözləyir. Şimallılar qələbə qazana bilməsə, qrupda qalacaqlar. Qələbə təqdirində isə onlar eyni xala malik Argentinanın 3 xalı olan Nigeriyaya qalib gəlməsinə ümid etməlidirlər. Lakin bu zaman amerikalılar İslandiyadan az top fərqi ilə qalib gəlməlidirlər. Başqa sözlə, qrupda qalma təhlükəsi ilə üzləşən Argentina mütləq qalib gəlməli, Xorvatiyanın isə İslandiyaya mümkün qədər çox qol fərqi ilə qələbəsinə ümid etməlidir.

DÇ-2018

III tur

26 iyun

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 695 Tarix: 26.06.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər