"Qadınların boksunu hansı "idiot" kəşf edib bilmirəm" - Ağacan Abıyev (MÜSAHİBƏ)

"Qadınların boksunu hansı "idiot" kəşf edib bilmirəm" - Ağacan Abıyev (MÜSAHİBƏ)BiG.AZ xəbər verir ki, millət vəkili, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev Unikal.org-a müsahibə verib:

- Bu gün Azərbaycan idmanının vəziyyəti sizi qane edirmi?

- Hazırda Azərbaycan idmanı yüksək səviyyədədir. İdmanda olan yeniliklər bütün ölkələr tərəfindən qəbul olunur, nəticələrimiz də beynəlxalq səviyyədədir. Azərbaycan idmanının inkişafı xüsusi ilə müstəqilliyimiz dövrünə təsadüf edir. İdmançılarımız Dünya, Avropa çempionatları, Olimpiya oyunlarında yüksək nəticələr qazanıblar. 1996-cı ildə Azərbaycan komanda şəklində ilk dəfə olimpiya oyunlarında iştirak etdi və hər olimpiya oyunlarından sonra medalların sayı artmağa başladı. İdmançılarımız olimpiyadadan qayıdandan sonra ulu öndər Heydər Əliyev idmançıları qəbul etdi və Namiq Abdullayevin qazandığı medalla bağlı bu fikirləri səsləndirdi:

"Oğlum Namiq, sənin əldə etdiyin gümüş medal bizə qızıldan da qiymətlidir. Çünki sənin o medalına görə Azərbaycan bayrağı yüksəyə qaldırıldı".

Hesab edirəm ki, bundan böyük mükafat ola bilməzdi. Hər kəs bu gün Azərbaycan dövlətinin idmana olan qayğısını görür, hamı istəyir ki, bu diqqət onlara da çatsın. İdmançılar yaxşı nəticə göstərmək üçün can atırlar. O vaxt idmanda şərait yox idi, bizim idmançılarımızın da çoxu xaricə qaçıb, getmişdi. Bu gün Azərbaycanda idmanın inkişafı məhz İlham Əliyevin adı ilə bağlıdır. O, həm Milli Olimpiya Komitəsinin prezidenti, həm də ölkə başçısı kimi idman üçün hansı dəstək lazımdırsa edir.

- Ağacan Abıyev hansı idmançını daha çox bəyənir və kimi Azərbaycanın ən yaxşı idmançısı hesab edir?

- Favorit idmançının birinin adını çəksəm, digərləri inciyəcək (gülür). Bilirisiniz ki, favorit idmançı kimi olimpiya oyunlarında daha çox qələbə qazanlara baxırıq. Amma mən Namiq Abdullayevi idmançıların idmançısı adlandırıram. Çünki hələ idman aləmində zəif oluduğumuz zamanlarda bizi tanımırdılar. Namiqin iki olimpiyadada ard-arda bir gümüş və bir qızıl medal qazanması bizim üçün xüsusi sevinc hissi idi. Sadə bir azərbaycanlı balası çıxıb olimpiyadada ABŞ-ın güclü idmançısını məğlub etməsi böyük nailiyyətdir.

- Bəs, Azərbaycan futbolu ilə bağı nə deyə bilərsiniz?

- Bizdə futbol alınmır da... SSSRİ dağılmamışdan əvvəl bizdə bir balaca futbol nəfəs alırdı. Futbol bütün dünyada sevilən idman növüdür. Bu gün futbol hamının evindədir. Oturub, evində başqa ölkədəki çempionata baxırsan.

- Düna çempionatına baxırsınız və hansı komandaya azarkeşlik edirsiniz?

- Baxıram. İngiltərə komandasından xoşum gəlir. Ümumiyyətlə, İngiltərə idmançılarını mən daha çox bəyənirəm. Olimpiyadanı Yunanlar yaratdı, sonradan özləri yaddan çıxdılar. Amma futbol, boks deyəndə İngiltərə yada düşür. Çünki onlar yaratdı və ənənələrini qoruyublar.

- Ağacan müəllim, boksdan deyəsən uzaqlaşmısınız?

- İş çoxdur. Rəsmi olaraq orada tutduğum vəzifə davam edir. Amma həmişə mən ola bilməzdim. Gənclərimiz, yeni baş məşqçilərimiz, vitse-prezidentlərimiz var. Həmçinin boks bu gün çox şaxəli olub. Yeniyetmələr, gənclər, kişilər və qadınlardan ibarət milli komanda... Düzdür, Ağacan Abıyev qadın boksuna "protiv"dir.

- Səbəbi nədir?

- Mən şəxsən Ağacan Abıyev qadın boksunun əlehinəyəm. Olimpiya insanlar arasında birinci dostluq üçündür. İkincisi də sağlamlıq üçündür. Bizim bədənimizdə olan artıq enerjini çıxarmaq üçün mütləq fiziki hərkət etməliyik. Mən qadınların idmanla məşğul olmasının tərəfdarıyam. Elə idman qadın üçün çox vacibdir, onlar da enerjini atmalıdır. Ən yaxşı idman növü sabah tezdən qaçışıdır. Qadınların boksunu hansı "idiot" kəşf edib bilmirəm. Ən yaxşı halda qadın heç olmasa gedib cüdo ilə məşğul ola bilər.

Qadınların qarın nahiyyəsinə zərbə alması onların gələcəkdə ana olması üçün təhlükəlidir. Onların övladlarının əlil dünyaya gəlməsinə səbəb ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 736   Tarix: 25 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 246
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 254
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 315
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 692
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 604
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24.04.2024 377
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 803
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 189
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 96