Azərbaycanda xalası qızının başını kəsən 24 yaşlı oğlanın evindən görüntülər - VİDEO

Azərbaycanda xalası qızının başını kəsən 24 yaşlı oğlanın evindən görüntülər - VİDEO
Hacıqabulun Muğan qəsəbəsində qətl hadisəsi olub.

ARB TV xəbər verir ki, Hacıqabul sakini, 24 yaşlı Ayəddin İsmayılzadə xalası qızı - 24 yaşlı Rəvanə Məliklinin boğazını kəsib.

Məlumata görə, gənc qız nənəsi ilə yaşayıb. Evə daxil olan İsmayılzadə xalası qızının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb. Daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Rəvanə Məliklinin bir bacısı da qətli törədən Ayəddin İsmayılzadənin qardaşının həyat yoldaşıdır.

Saxlanılan şəxsin dostu: “Uşaqlıqdan bir yerdə böyümüşük. Qardaşımız olub. Çox mehriban olub. Qızıl uşaq olub. İşləyirdi, işə gedib-gəlirdi, heç kimə dolaşmırdı”.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5222 Tarix: 25.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol