Tibbdə yeni sistem: Azərbaycanda uzaqdan müalicəyə ehtiyac varmı?

Tibbdə yeni sistem: Azərbaycanda uzaqdan müalicəyə ehtiyac varmı?Bu gün bütün dünya ölkələrində xüsusi diqqət ayrılan sahələrdən biri, bəlkə də ən birincisi səhiyyə sistemidir. Səhiyyə sisteminin düzgün fəaliyyəti, dövrün tələbinə uyğun yeniliklər əsasında xidmət göstərməsi hər bir dövlət üçün başlıca məsələlərdən biridir. Bu yaxınlarda Rusiya Federasiyasında səhiyyə sistemi ilə bağlı maraqlı qanun layihəsi qəbul edilib. Belə ki, Rusiyanın Səhiyyə Nazirliyinin və tibb ekspertlərinin üzərində çalışdığı "Teletibb haqqında"qanun layihəsi nəhayət aktivləşdirilib. Ölkədə "teletibbə" icazə verən qanunun praktikada necə həyata keçiriləcəyi isə maraq doğurur. Belə ki, pasiyentlər və həkimlər üçün yeni imkanlar yaradacaq layihə ilk baxışda insanların işini asanlaşdıracaq şəkildə görünsə də, ehtiyatlı olmaqda da fayda var.

Rusiyalı ekspertlər deyir ki, layihə optimist gözləntilərlə yanaşı, bir sıra təhlükəli məqamlarla da gündəmə gəlir. Onlar düşünür ki, bu layihənin televiziya ilə dəyişik salınması, qəbuledilməzdir:

"Çünki bu, həkimlər haqqında hər hansı efir proqramı yox, uzaqda olan pasiyentlərə videoməsləhət məqsədi daşıyır. Artıq xəstələr həkimin məsləhətini internet vasitəsilə ala biləcək, müalicə üçün yazılan resept isə xəstənin elektron ünvanına göndəriləcək".

Məsələnin ölkəmizdə tətbiq edilməsinin mümkün olub-olmayacağını araşdırdıq. Rusiyalı ekspertlərin də qeyd etdiyi kimi, layihənin mükəmməl olduğu sübuta yetirilməyib. Bəs tətbiqi nə dərəcədə doğrudur? Azərbaycanda distant müalicənin tətbiqi gözlənilirmi? Ümumiyyətlə, bu müalicə üsulu nə qədər faydalı ola bilər? Laborotoriya analizlərinin belə bəzən yanlış hesablandığını nəzərə alsaq, xəstəni görmədən və ya ilk dəfə qəbuldan sonra distant müalicə üsulu ilə pasiyentin vəziyyətinə nəzarət etmək onun sağlamlığını təhlükəyə atmırmı? Reseptlərin elektron ünvana göndərilməsi və ya çap edilməsi ilə apteklərdən dərmanları əldə etməkdə problem yaşanmayacaqmı?

BiG.AZ xəbər verir ki, publika.az bütün bu suallara cavab tapmaq üçün mütəxəssislərin fikirlərini öyrənib.

Tibbi ekspert, professor Adil Qeybulla deyir ki, bu gün diaqnostikanın özündə belə kifayət qədər ciddi problemlərin olduğu bir zamanda bu cür sistemin tətbiqi məsələsini faydalı hesab etmir:

"Baxmayaraq ki, bu gün ən müasir metodlardan istifadə edilir, yenə də bəzi xəstəliklərin səbəbini tapmaq üçün uzun müddət lazımdır. Müxtəlif konsultasiyalar, analizlər, yoxlanışlar və s. Bütün bunlar vaxt aparır. Təsəvvür edin ki, dünyanın ən çox inkişaf etmiş ölkəsi hesab edilən ABŞ-da belə onkoloji şişlərin yaranmasının ilkin səbəblərinin tapılması 7 faiz hallarda mümkün olmur. Bu çox böyük problemdir. Metaztasda görünür, amma ilkin mənbəyi bəzən öyrənmək olmur. Ondan başqa, ağciyər xənçəngi diaqnozunun təyin edilməsi üçün uzun müddət vaxt lazım olur. Onu demək istəyirəm ki, həkim-xəstə münasibətlərinin bu dərəcədə sıx olduğu hallarda belə diaqnoztikada ciddi problemlər varsa, distant müayinə kimi layihələrin qəbulu səhiyyə sisteminə müsbət fayda verməz".

Ekspert bildirdi ki, həkim pasiyentlə ünsiyyətdə olan zaman da onun danışığından, vəziyyətindən, bədənin temperaturundan durumu haqqında ilkin informasiya toplaya bilir:

"Həkim xəstəni görmədən, onunla ünsiyyətdə olmadan heç cür dəqiqi diaqnoz təyin edə bilməz. Bu qeyri-mümkündür. Bilirsiz, həkimin diaqnozunun mücərrəd olması cinayətdir. Çünki, bu diaqnoz əsasında xəstə əməliyyat oluna, təhlükəli prosedurlara məruz qala bilir, həyati təhlükə yarana bilər və yaxud da gərəksiz, yanlış diaqnoza görə, ehtiyac olmadığı halda ağır dərman preparatları qəbul edə bilər. Distant müayinə-müalicə üsulu yanlış başa düşülür. Distant müalicə o zaman mümkün olar ki, diaqnozu təyin edilmiş xəstənin müalicəsi uzaqdan-uzağa nəzarətdə saxlanılsın. Ola bilər ki, həkim vəziyyətə uyğun olaraq reseptə dəyişiklik edər və s. bu kimi üsullarla xəstənin vəziyyətinə nəzarət edər. Bundan başqa, apteklərdə həkimin imzası olmadan insanlara dərmanların satılması da risklidir. Bildiyiniz kimi bir sıra psixotrop dərmanların satışına xüsusi nəzarət var. Eləcə də digər dərmanlarda da bu tətbiq edilməlidir. Bütün dünyada belədir. Məsələn, ağrıkəsici belə həkimin imza və möhürü ilə təsdiq edilməmiş respet əsasında satılmamalıdır. Çünki insan həyatı üçün təhlükəlidir. Onu da qeyd edim ki, hər bir xəstənin xəstəlik tarixçəsinin olması, bütün müalicələrin burada qeyd edilməsi vacibdir. Çünki xəstənin xəstəlik tarixçəsi zərurət olduğu zaman hüquqi əsas daşıyır. Bu baxımdan bu sistemin xüsusi perspektivini görmürəm".

Rusiyalı ekspertlər deyir ki, distant müalicə zamanı xəstənin birbaşa həkim qəbuluna gəlməsinə ehtiyac qalmır. Uzaq məsafədən əlavə yol xərcləri çəkilmədən, xəstəlik haqqında məlumatları elektron şəkildə həkimə göndərməklə (analizlərin, müayinənin, USM və ya MRT-nin cavabı ola bilər) həkim müayinəsindən keçə bilərlər. Digər bir qrup isə bütün prosesin həkim qəbulunda olub, daha sonra qoyulan diaqnozun video görüntü vasitəsilə nəzarətindən getdiyini deyir.

Millət vəkili Musa Quliyev isə bildirdi ki, Azərbaycanda bu müalicə üsulunun tətbiqinə qanunla heç bir qadağa yoxdur:

"Bu gün ölkədə distant müalicə üsulu aktiv şəkildə tətbiq edilmir. Tətbiqinə isə qanunla heç bir qadağa qoyulmayıb. Lakin bu bir növ qeyri-ənənəvi, qeyri-rəsmi təbabət sayılır. Bu səbəbdən bu sistemə qanunla nə icazə var, nə də qadağa. Qadağa olmayan bir sistemə də hüquqi müdaxilə mümkün deyil. Amma mən düşünürəm ki, distant müalicə üsulu digər müalicələrlə kompleks şəklində aparılmalıdır. Bir növ psixoloji yardım kimi. Yəni heç bir həkim xəstə ilə ünsiyətdə olmadan ona hər hansı xəstəlik haqqında dəqiq diaqnoz qoya və bunun məsuliyyətini daşıya bilməz. Bu üsulun geniş şəkildə tətbiqini dəstəkləmirəm, çünki bu insanların sağlamlığına ciddi ziyan vura bilər. Bunu sadəcə psixoterapiyanın bir qolu kimi dəyərləndirmək mümkündür. Rusiya böyük bir ölkədir və orada bu kimi metodlardan istifadəni qəbul etmək olar. Yalnız Azərbaycan kimi ölkələr üçün bu əlverişli hesab edilmir, həm də gərək yoxdur. Bu əslində 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Rusiyada məşhur nervopotoloq Kaşmirovski tərəfindən irəli sürülmüşdü. O televiziya vasitəsilə müalicə tətbiq edirdi. Kommunikasiya vasitələri ilə onun seansları yayımlanırdı. Amma nəticə, heç də effektli olmadı. Bu bir inanc növü kimi qəbul edildi və unudulub getdi. İndi yenidən bu sistem üzərində işləməyə, təkmilləşdirilməyə başlanılıb".

M.Quliyev onu da əlavə edib ki, bu müalicə üsulundan fırıldaqçılıq məqsədilə istifadə edən şəxslər də ola bilər:

"Distant müalicə adı ilə hər hansı bir şəxs özünü həkim kimi təqdim edə, insanların güvəninə qazana, özünün xarici ölkədə olduğunu deyərək insanları aldada bilər. Bunun üçün texnologiyalardan istifadə etmək olar. Sosial şəbəkələrdə bu yolla insanları aldada, onların sağlamlığı ilə oynaya bilərlər. Buna görə ehtiyatlı olmaq lazımdır. Heç bir halda xəstə öz xəstəlik tarixçəsindən olan hər hansı analiz, MRT, USM nəticəsini həkimə və ya mərkəzi klinikalara göndərib, ona münasibət öyrənə bilməz. Bu yalnız və yalnız həkimlərə aid prosesdir. Ola bilər ki, paytaxtdan kənar ərazilərdə olan klinikalarda pasiyentin vəziyyəti ilə əlaqədar diaqnozun qoyulmasına, müalicə istiqamətinin seçilməsində tərəddüdlər yaranar. Belə olan halda, həkim nəticələri elektron şəkildə mərkəzi klinikaya gönərir. Nəticələr incələndikdən, həkimlər fikir mübadiləsi apardıqdan sonra xəstəyə dəqiq və düzgün müalicə üsulu tətbiq edilə bilər. Yenə də xatırladıram ki, bu proses həkim və xəstə arasında ola bilməz".

Millət vəkili sosial şəbəkələrdə distant müalicə üsulu ilə insanları aldadan şəxslərin müvafiq olaraq məsuliyyətə cəlb olunacaqlarını da qeyd edib:

"Qanunla Azərbaycanda distant müalicənin tətbiqinə heç bir qadağa olmadığı üçün həmin şəxslər haqqında yalnız vətəndaşlar tərəfindən şikayətlər olarsa, hüquqi addımlar atıla bilər. Şikayət əsasında, həmin şəxslər müvafiq maddələrə uyğun olaraq cinayət məsuliyyətinə cəlb oluna bilərlər".

Azərbaycan Tibb Universitetinin Ailə Təbabəti Kafedrasının müdiri Mustafa Salihov da distant müalicəyə o qədər də ehtiyac olmadığını dedi:

"Bilirsizmi, düşünmürəm ki, həkim xəstəni görmədən ona keyfiyyətli müalicə yaza bilər. Distant müalicə sadəcə konsultasiya məqsədilə qəbul edilən haldır. Yəni, ola bilər ki, təcili məqamda xəstəyə müdaxilə lazım olsun. Bu zaman təbii ki, həkim digər kolleqası ilə məsləhətləşərək xəstəyə təcili müdaxilə edə bilər. Bu başqa məsələdir. Amma uzaq məsafədən, kommunikasiya vasitəsilə xəstənin xəstəlik tarixçəsini incələmədən, onunla birəbir ünsiyyətdə olmadan ona diqnoz qoymaq sağlamlığını təhlükə altında qoya bilər. Həkim xəstənin müalicəsinə aylarla, bəlkə də illərlə davam etdirə bilər. Lakin, bunu komputer vasitəsilə, uzaq məsafədən etməsi doğru deyil. Ola bilər ki, yazılan müalicə, dərman preparatları ani olaraq şok etkisi verər. Bu zaman təcili müdaxilə lazım olarsa, həkim xəstənin yanına çatana qədər bədbəxt hadisə də baş verə bilər. O baxımdan, şəxsən mən distant müalicəni sadəcə konsultasiya məqsədilə, məsləhətləşmək formasında zəruri hesab edirəm, xəstəlik müalicəsi üçün uğurlu üsul deyil".

Məsələ ilə bağlı sakinlərlə də söhbət etdik. Onlardan bəziləri bu üsulun növbəsiz olduğunu, yol xərclərinin olmadığını nəzərə alarıq uğurlu hesab etsə də, bəziləri canlarını çöldən tapmadıqlarını, bu üsula etibar etmədiklərini dedilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 636   Tarix: 25 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 373
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 447
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 358
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 379
.

Cavanşir Məmmədov vəfat etdi - Yenilənib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. Axşam.az-ın məlumatına görə, 70 yaşlı müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib. *. Müğənninin ölümü ilə əlaqədar Axşam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:. "Əməkda

13:23 1254
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 679
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 469
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 225
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 191