"Hüseyn Əzizoğlu onun oyuncağı idi" - "Maşın"-nın pərdəarxası məqamları - FOTO

"Hüseyn Əzizoğlu onun oyuncağı idi" - "Maşın"-nın pərdəarxası məqamları - FOTOBiG.AZ musavat.com-a istinadən bildirir ki, "Xəzər" televiziyasının aparıcısı Fira Cəlilova suallara cavab verib. Onunla iştirakçısı olduğu "Maşın" şoudan", keçirdiyi əməliyyatdan və yeni layihəsindən danışılıb:

- "Maşın" şoudan sonra istirahətə yolandınız. Hazırda özünüzü necə hiss edirsiniz?

- Əsəbi, stressi atmaq lazımdır. Orada əsəbləri korlanan çox oldu. Yenidən işə köklənmək üçün dincəlməlisən. Mən də istirahətə yollandım.

- Oyunu tez tərk etdiyiniz üçün təəssüfləndiniz?

- Oyundan tez çıxdığım üçün təəssüfləndim. Hətta, tamaşaçıları qınayırdım ki, niyə mənim əlimi çəkdiyimi dediniz. Bu hadisədən sonra bildim ki, şounu bütün Azərbaycan izləyir.

- Roza Zərgərli belə açıqlama verdi ki, əvvəldən iştirakçılara deyib ki, maşını udub, xeyriyyə üçün xərcləyəcək.

- Mən orda olanda elə söhbət olmayıb. Mən oyunda olanda Roza demişdi ki, iyunun 8-i tədbirim var. 6-sı ya da 7-si çıxacağam. Xeyriyyə məqsədi olduğunu eşitməmişəm. Demişdi ki, qızımın maşını var, qalib olsam, oğluma verəcəyəm. Səhv etmirəmsə, belə demişdi.

- Sizdən sonra baş verənləri necə dəyərləndirirsiniz?

- Heç vaxt bütün buraxılışlara baxmamışdım. Ilk dəfə iştirakçı idim deyə həvəsli idim, oyundan çıxandan sonra da izlədim. Içdən görmüşdüm, kənardan da görmək istəyirdim. Amma görünənlə arxa planda olanlar tam fərqlidir. Veriliş bitəndən sonra hamı elə bilir ki, iştirakçılar yatmağa gedir. Amma elə deyil. Açılış bitdikdən sonra gecə yatmağa getdik. Amma zənglərdən, dəvətlərdən yata bilmədim. Biri zəng elədi ki, mənim adımı çəkmə. Biri otağına dəvət etdi ki, gəl, amma heç kim bilməsin. Günel, Aytən, Roza ayrı-ayrılıqda zəng elədi ki, səninlə danışdığımdan kimsənin xəbəri olmasın. Bilmirdim ki, kimlə qruplaşım. Mənə dediklərini sirr olaraq saxlayacağam. Onların üçü də müxtəlif oyunlar oynamaq istəyirdi. Hətta, biri olduğu komandaya xəyanət etmək istəyirdi. Kim səsverməyə çıxmaq istəyirdisə, onun şəklini atırdım. Amma hədəflərini soruşmurdum. Roza Günelə deyirdi ki, səninlə dostam. Amma mənə deyirdi ki, şəklimi at, Güneli çıxaracağam. 17 nəfərdən 4-ü mənim şəklimi atdığı üçün şoka düşmüşdüm. Orada bir iştirakçının əyri hərəkətini gözləyirdilər ki, ona qarşı qruplaşsınlar. İlhamə Bədəlova öz əsəblərinə uyğun davranırdı. O 2-3 gün içində hamı ilə pis münasibət yaratdı. Amma ona qarşı heç kim qruplaşmırdı, güclü rəqib idi.

- İlhamə Bədəlova demişdi ki, rəqib sizi görür.

- Bəlkə də, o da oyun idi. Çoxunu "Maşın"da tanımışam. İlhamə ilə "Lider"də veriliş aparmışıq. Bəlkə də, mən hədəf deyildim, özü elə deyirdi ki, hədəfi bilinməsin. Mənə güclü rəqib ATV-nin aparıcıları gəlirdi. Düşünürdüm ki, bir kanaldan 4 aparıcı var. Roza demişkən, birləşib, bizi "biçəcəklər". Qruplaşmadılar, rəqabət apardılar. Çoxu elə bilirdi ki, şoudur, amma əslində həyatda yaşananların əksi idi. Mənə gülməli gələn o idi ki, Mətanətlə Aytənin dueli oldu, bir-birilərini qırdılar, amma əllərini maşından götürmədilər. Dedim, dalaşırsınız, əlinizi maşından çəkin də. Onlar kameraya oynayırdı. Emosiyalara qapılsalar, əllərini çəkərdilər.

- Şounun axırıncı günü Roza ilə Hüseynin davası oldu. Hətta, Roza Hüseynə meyvə və boşqab atdı. Sizin başınıza gəlsəydi, necə davranardınız?

- Ona inandınız? Məncə, o da şou idi. Hüseynin Abbas ilə İlhamədən üzr istəməsi də şou idi. Roza mənim adımı deyib, Güneli çıxaracaqdı. Günel tam zəmanət istəyirdi. Hüseyn oyuncaq idi, Roza onu əlində oynatdı. Deyirlər ki, Hüseynin 21 yaşı var, uşaqdır. 21 yaşlı oğlanlar ailə saxlayır. Hüseynin xətrini çox istəyirəm, onu ilk efirə mən çıxartmışam. Onun kimi bir çox vayneri də efirə mən çıxarmışam.

- Modelyer Elnarə Bəkirova "Maşın" şoudakı qadın iştirakçıların geyimlərini analiz etdi. Sizin geyimləri bəyənsə də, gen olduğu üçün yaraşmadığını dedi. Onun fikirlərinə münasibətiniz necədir?

- Onun fikrinə hörmətlə yanaşıram. Problemim vardı, əməliyyat olmuşdum, qarnımdakı və belimdəki artıq piyləri götüzdürmüşəm. Ona görə gen paltarlar geyinirdim. Mənə heç vaxt enli paltar yaraşmayıb. Şoudan 1 həftə öncə əməliyyat olmuşdum, dar paltarda sümüklərim ağrıyırdı. Geniş geyim maşından çıxmağa şərait yaratdı. Kompleks etmişdim, əlimlə gizlədirdim belimi, qarnımı. Bir də baxdım ki, əlimi çəkmişəm.

- Şoudan sonra ailəniz sizə avtomobil hədiyyə etdi.

- Doğum günüm yaxınlaşır, mən 8 ildir ki, doğum günümü qeyd etmirəm. Bilirdim ki, mənə avtomobil alacaqlar. Şou bunu tezləşdirdi. Elə bildilər ki, pis olmuşam. Kədərlənmişəm. Amma əsla elə deyil. "Maşın"da iştirak etdiyim üçün şadam. Yenə təklif etsələr, gedərəm.

- Doğum gününüzü keçirməmə səbəbiniz hansısa inancınızdır?

- Demişəm ki, həmişə səmimi olacaq. Ad günü ərəfəsində ard-arda problemlər yaşadım, başıma pis hadisələr gəldi. Anam dedi ki, ad günün keçirmə. Ondan sonra qeyd etmirəm. Doğum gününü keçirməyəndən sonra işlərim yağ kimi getdi.

- Bir ara xəbər yayıldı ki, "Xəzər" televiziyasından ayrılmısınız. Hazırda yeni layihə varmı?

- "Xəzərdən ayrılmamışam. İyulun 2-dən "Əlimin duzu" adlı verilişə başlayacağam. Şou əhli yarışacaq, qalmaqallı veriliş olacaq. Həm əlinin duzunu yoxlayacağıq, həm də masadakı duzun dağılıb, dava salıb-salmadığını öyrənəcəyik. Həftədə 5 gün efirə gedəcək. Ilk qonağımız Tolik olacaq. Görək, əli düşərlidir, yoxsa yox.

- Hazırda küsülü olduğunu tanınmış sima var?

- Mən kinli deyiləm, tez unuduram. Illər öncə reper "Qurd" ilə çox pis dalaşmışdıq. Bir müddət sonra tədbirdə qarşılaşdıq, görüşdük. Sonra yadıma düşdü ki, küsmüşəm. Sevmirəm bu xüsusiyyətimi. Amma "Maşın" şoudan sonra özümə qadağalar qoymuşam. Quyruğunu tapdalayanın quyruğunu tapdala , amma unutma.

"Hüseyn Əzizoğlu onun oyuncağı idi" - "Maşın"-nın pərdəarxası məqamları - FOTO"Hüseyn Əzizoğlu onun oyuncağı idi" - "Maşın"-nın pərdəarxası məqamları - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1607   Tarix: 24 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22.04.2024 1266
.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 644
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 935
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1134
.

Aparıcı ilə xanəndə arasında qalmaqal

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22.04.2024 2862
.

Vüsalə mini ətəkdə əyləşib ELƏ POZ VERDİ Kİ... - FOTOLAR

Məşhur aparıcı Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqətləri cəlb edib. BİG.AZ xəbər verir ki, aparıcı "instagram" hesabında fotolarını yayımlayıb. Vüsalənin mini geyimdə cazibədar görünüşü diqqət çəkib. Sözügedən fotoları təqdim edirik:

21.04.2024 2763
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 792
.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24.04.2024 1805
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 518