Bir ilə Moskvanı vurmaq mümkün olacaq – Generaldan ŞOK İDDİA

Bir ilə Moskvanı vurmaq mümkün olacaq – Generaldan ŞOK İDDİA"Ukrayna mənzili Moskva və Sankt-Peterburqa qədər çatan reketlər istehsal etməlidir. Düşünürəm ki, belə silahın birinci nümunələrini almaq üçün 1-2 il kifayətdir".

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı qüvvələrinin Baş qərargahının sabiq rəis müavini, ehtiyatda olan general-leytenant İqor Romanenko "Obozrevatel" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təcavüzkar nüvə ölkəsinin (Rusiya nəzərdə tutulur –red.) genişmiqyaslı müdaxiləsini dayandırmaq üçün ilk növbədə raket silahları lazımdır. "Qarpun" və "Qrom-2" kimi raketlərin hazırlandığını deyən general bunların uçuş məsafəsinin hələ kifayət etmədiyini söyləyib.

"Bu raketlərin uçuş məsafəsi bir neçə min kilometr olmalıdır ki, Rusiyanın Avropa hissəsini əhatə edə bilək. Moskvaya, Sankt-Peterburqa qədər. Bu, çox ciddi məsələdir. Əvvəlki müharibələrin, həmçinin İkinci Dünya müharibəsinin təcrübəsi də bunu göstərir. Berlinin bombalanmasına kimi almanlar özünü çox sərbəst aparırdılar. London yalnız alman aviasiyası ilə deyil, həmçinin "Fau" raketləri ilə bombardman edilirdi. Həmçinin, Xirosima və Naqasakinin nüvə bombardmanını xatırlayın. Belə anlar cəmiyyətə və birmənalı olaraq dövlətin rəhbərliyinə çox güclü təsir edir", - o vurğulayıb.

General hesab edir ki, Budapeşt memorandumundan çıxış və nüvə statusunun bərpası üçün Ukraynada bütün əsaslar var.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücum ehtimalına gəlincə, İqor Romanenko hesab edir ki, Kremldə bu barədə qəti qərar verilməyib. Amma general bunun üçün Rusiyada potensial olduğunu, belə əməliyyata hazırlıq üçün bir aydan çox vaxt lazım olmayacağını vurğulayıb.

"Dünya çempionatının sonuna kimi belə bir hücumu düşünmürəm. Gərginləşmə yalnız taktik səviyyədə ola bilər. Genişmiqyaslı hücum üçün Rusiyada potensial var. Bizə qarşı genişmiqyaslı müharibəyə başlamaq üçün onlara 240 minlik hərbi qruplaşma lazım olacaq. Onlar hər il öz qoşunlarına məşq keçirlər. Onlar Krımda, Kalininqrad vilayətində, Belarusda qruplaşma yaratdılar. Amma Rusiya Baş qərargahının qiymətləndirmələrinə görə, bu qruplaşmaları lazımlı silahlarla komplektləşdirmək üçün daha 2-3 il lazım olacaq. Hərçənd, düşünürəm ki, qarşıya genişmiqyaslı müharibə hədəfi qoyularsa, onda onlar bir ay ərzində hazırlaşa bilərlər", - Pomanenko yekunlaşdırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1307   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Butikimizin "saxtakarlığ"ı Türkiyədə viral oldu

Yerli butiklərdən biri maraqlı reklam üsuluna əl atıb. OLAY yazır ki, TikTok-da videolar paylaşan mağaza süni intellektdən istifadə edib. Maraqlısı budur ki, onlar bununla bir sıra dünya ulduzunun, türk məşhurun simasını başqa şəxslərin bədəni ilə birləşdiriblər. Guya həmin simalar mağazadan alış-veri

16:21 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

16:39 0
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 0
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232