İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq

İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq

Süni intellekt vasitəsilə tibb sahəsində yeni era başlayacaq.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, ingilis alimlər insan nəfəsindəki qoxuların müxtəlif xəstəliklərin siqnalı olduğunu bildiriblər. "Loughborough" üniversitetinin araşdırma qrupu hətta "xərçəng" kimi ölümcül xəstəliklərin də insan nəfəsindən müəyyən edilə biləcəyini qeyd edir.

Bu məqsədlə hazırlanan süni intellektə malik cihazla artıq çoxsaylı analizlərə ehtiyac qalmayacaq. Həmçinin, xəstəliklər irəliləmədən müəyyən olunacaq və fəsadlar tezliklə aradan qaldırılacaq.

Qeyd edək ki, havada az miqdarda olan maddələri müəyyənlədirən həssas radarlardan artıq uzun illərdir istifadə olunur. Xəstəlikləri müəyyən edə biləcək sözügedən cihazın hazırlanması prosesində isə çoxlu həkim, radioloq və mütəxəssislər çalışıblar.

Alimlər xüsusilə stressə bağlı xəstəliklərin asanlıqla üzə çıxarıldığını bildirirlər. Həmin xəstəliklər hormonların kimyəvi tərkibini dəyişdiyi üçün özünü tez büruzə verir. Digər xəstəlikləri müəyyənləşdirmək üçün isə eksperimentlər aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 603 Tarix: 21.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər