General təcili insident olan əraziyə gedib, yaralı əsgəri ziyarət etdi - FOTOLAR

General təcili insident olan əraziyə gedib, yaralı əsgəri ziyarət etdi - FOTOLARDövlət Sərhəd Xidməti (DSX) Cəlilabad rayonu ərazisində İranla sərhəddə baş vermiş insident barədə məlumat yayıb.

DSX-nın Mətbuat Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, 2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonunun Bay­xanlı kəndinin yaxınlığın­dakı sərhəd zastavasının xid­mə­ti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib

Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd nar­yadının qanuni tələbinə və xəbər­darlıq atəşinə tabe ol­ma­yan sərhəd pozu­cu­ları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.

Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım gös­tərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxana­sına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliyyat olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam et­di­ril­məsinə dair zəruri tapşırıqlar verib.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra hakimiyyətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəli­labad rayon mərkəzi xəstəxanasında əsgər R.Ku­rupova baş çəkib, səhhətinin vəziyyəti ilə maraqlanıblar.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in Cəlilabad rayon şöbəsi­nin əməkdaşlarına dərin minnətdarlığını bildiriblər.

Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Kurupov Ramazan Məmməd oğlu xidməti vəzifələrinin icra­sında göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

Hadisə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb.
General təcili insident olan əraziyə gedib, yaralı əsgəri ziyarət etdi - FOTOLARGeneral təcili insident olan əraziyə gedib, yaralı əsgəri ziyarət etdi - FOTOLARGeneral təcili insident olan əraziyə gedib, yaralı əsgəri ziyarət etdi - FOTOLARGeneral təcili insident olan əraziyə gedib, yaralı əsgəri ziyarət etdi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1666   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tokayev Paşinyanı Qazaxıstana rəsmi səfərə dəvət edib

Qazaxıstan prezidenti Qasım Comərd Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı Qazaxıstana rəsmi səfərə dəvət edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Fürsətdən istifadə edərək, hörmətli baş naziri Qazaxıstana rəsmi səfərə dəvət etmək istərdim. Əminəm ki, belə müsbət addımla

15.04.2024 154
.

Meksikada helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb

Meksikanın Koyoakan bölgəsində helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. Qəzadan sonra yanğın baş verib. Bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, pilot son anda manevr edib ki, helikopter yaşayış məntəqəsin

09:59 0
.

Azərbaycanda universitet prorektoru kazinoda külli məbləğdə pul uduzub? - AÇIQLAMA + FOTO

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var. Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli -ın sorğusuna cavab olaraq bildirib ki

15.04.2024 716
.

UNEC-in müəllimi vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn kafedrasının baş müəllimi Lilipar Cəfərova vəfat edib. Bu barədə UNEC məlumat yayıb

15.04.2024 431
.

Franch Region franchise sərgisi Bakıda!

Sahibkarları və investorları franchise sərgisini ziyarət etməyə dəvət edirik. Bakı şəhəri, Hilton Baku , 1b Azadlıq prospekti, AZ 100. Başlanğıc 09: 30, 25 aprel (giriş pulsuzdur). Burada françayzinq sahəsində çoxlu faydalı məlumat və ekspert bilikləri əldə etmək üçün unikal imkanınız olacaq. Müzakir

15.04.2024 167
.

KİV: İsrail İranı vura bilər

İsrailin hərbi cavabı öz imkanlarını nümayiş etdirmək üçün İranın dərinliklərindəki hədəflərə zərbələr endirmək ola bilər. Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı adı açıqlanmayan ABŞ-li məmura istinadən məlumat yayıb. Məlumata görə, İranın hücumuna İsrailin potensial cavabı gərginliyi artırma

12:02 0
.

Bərpasına 846 milyon avro xərcləndi - Fotolar

Fransanın paytaxtı Parisdə 5 il əvvəl yanğın zamanı zərər görən məşhur Notr-Dam kilsəsinin dekabrda yenidən açılışı planlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Xəbərdə qeyd edilib ki, kilsənin bərpasına cavabdeh olan ictimai təşkilat, "Rebatir Notre-Dame d

15.04.2024 156
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

11:01 0
.

Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı - VİDEO

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana şousu"na qonaq olub. Aktrisa proqram zamanı mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasından danışıb. Əliyeva bildirib ki, həyat yoldaşı ilə son dəfə bağdakı güllər üçün dərman alınmağı barədə mesajlaşıb. Xatırladaq ki, Azərbaycanın əməkda

15.04.2024 749