"Universitetlərə sərbəstlik verilməlidir" - Əli Əhmədov

"Universitetlərə sərbəstlik verilməlidir" - Əli Əhmədov

"Azərbaycanda universitet səviyyəsində təhsilin əlçatanlığı artırılmalıdır, buna ciddi ehtiyac var".

BiG.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyinin hesabat tədbirində baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan əhalisinin 1,3 faizi tələbələrdir: "Bu göstərici dünya üzrə göstəricidən aşağıdır. Tələbə qəbulu ilə əlaqədar planlaşdırma bir az dəyişsə faydalı ola bilər. Universitetlərin sayı artırılmalıdır, amma, bu, o demək deyil ki, kəmiyyət artması keyfiyyətə təsir etsin".

Ə.Əhmədovun sözlərinə görə, təhsildə özəlləşdirmə prosesinin artırılması faydalıdır: "Düşünürəm ki, özəlləşmə prosesi artırılmalıdır. Universitetlərə sərbəstliyin verilməsi istiqamətində daha cəsarətli addımlar atılmalıdır".

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 330 Tarix: 21.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər