"Çörək də götürə bilmədik" - 25 ildir torpaq həsrəti ilə yaşayanlar - VİDEO

"Çörək də götürə bilmədik" - 25 ildir torpaq həsrəti ilə yaşayanlar - VİDEOKəlbəcərdən məcburi köçkün olan 69 yaşlı Səriyyə Salmanova 25 ildir torpaq həsrəti ilə yaşayır.

BiG.AZ bildirir ki, ARB 24 həmin yaşlı qadından reportaj hazırlayıb.

Bu faciə onun həyatında ağrılı-acılı izlər qoyub. Deyir, o gecə göyün üzündə güllələr yağış kimi yağanda tərk edib ev-eşiyini.

Səriyyə Salmanova (məcburi köçkün): "Allaha and olsun çörək də götürə bilmədik. Hamımız traktorun içində getdik. Traktorun sepi Murovun başında açıldı. Onu təzədən düzəltdik, yola davam etdik".

Səriyyə Salmanova ailəsi ilə birlikdə Kəlbəcərdən Yevlaxa pənah aparıb. Bir müddət orada yaşadıqdan sonra Bakıda Rabitə Kollecinin həyətində məskunlaşıb. Uzun illərdir bu daxmada yaşayır. Ermənistanın hərbi təcavüzü nəticəsində həm işğalçı ölkənin ərazisindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox soydaşımız qaçqın düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda, 1600 məntəqədə müvəqqəti məskunlaşıblar. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevrilib.

Müharibə şəraitində yaşayan Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən Dövlət Proqramları nəticəsində onların həyat şəraitini yaxşılaşdırmaq mümkün olub. Prezident İlham Əliyev verdiyi vədə əməl edərək, ölkə ərazisində çadır şəhərciklərinin ləğv edilməsinə nail olub. Qaçqın və məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılır, yeni qəsəbələr salınır. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması, Bakıda və Abşeronda yeni binaların tikilməsi dövlətin bu istiqamətdə göstərdiyi əzmi nümayiş etdirir.

Qaçqın və məcburi köçkünlər onlara yaradılan şəraitdən razı qalsalar da, öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Amma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri və beynəlxalq təşkilatların yürütdüyü ikili standartlar nəticəsində bu, hələ arzu olaraq qalır. Birləşmiş Millətlər Təşkilatının son məlumatına görə, dünyada qaçqınların sayı rekord həddə - 68 milyon 500 minə çatıb. Onların sayı 3 milyon nəfər çoxalıb.

Qaçqınların 40 milyonu öz ölkəsinin daxilində yerini dəyişənlərdir. Yerdə qalanlar isə bir sıra ölkələrin - xüsusi ilə də Livan, Pakistan və Uqandanın vətəndaşıdır. Münaqişələr səbəbindən dünyada hər dəqiqə 20 insan evini tərk etmək məcburiyyətində qalır. Onların problemlərinə diqqəti yönəltmək üçün hər il iyunun 20-i Dünyada Qaçqınlar Günü kimi qeyd edilir. Amma Birləşmiş Millətlər Təşkilatının bu təşəbbüsü, təəssüf ki, yetərli deyil. Səriyyə Salmanova kimi milyonlarla qaçqın və məcburi köçkün doğma yurd-yuvasına qayıdacağı günü gözləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 646   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 479
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 757
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 434
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 163
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 288
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 771
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 677
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 234
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 146