Azərbaycanda 13 yaşlı qızı zorlayıb hamilə buraxan Elnur kimdir?

Azərbaycanda 13 yaşlı qızı zorlayıb hamilə buraxan Elnur kimdir?

Xəbər verdiyimiz kimi, sosial şəbəkələdə 13 yaşlı qızın "Azərişıq"-ın Lənkəran regionu üzrə rəis müavininin qardaşı oğlu Elnur Elman oğlu Məmmədov tərəfindən zorlandığı xəbəri yayılıb. İddia görə o, azyaşlını dəfələrlə zorlayıb, hazırda qız 4 aylıq hamilədir.

Bununla bağlı BiG.AZ-a açıqlama verən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, sosial şəbəkələrdə və saytlarda gedən informasiya həqiqəti əks etdirmir: “Düzdür, Aydın Məmmədov bizim işçidir. Amma onun belə bir qardaşı oğlunun olub, olmamağını özündən dəqiqləşdirmək olardı. Yayılan xəbərlər düz deyil”.

Qeyd edək ki, xəbəri bakuws saytı yayımlayıb.

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5618 Tarix: 20.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Lubaa
Lubaa 20.06.2018
can yaziq qiz bele oglanlari ancaq edam edeler haminin gozu onunde.cox pis olam bele xeberler oxuyanda


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər