Azərbaycanda yüksək vəzifəli şəxsin qohumu faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

Azərbaycanda yüksək vəzifəli şəxsin qohumu faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

BiG.AZ-ın apa-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. "Tofaş" markalı "10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

"AzPolitika.info"ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.
Azərbaycanda yüksək vəzifəli şəxsin qohumu faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7729 Tarix: 19.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol