İcra Hakimiyyətinin qarşısında gənc oğlanı avtomobil vurub

İcra Hakimiyyətinin qarşısında gənc oğlanı avtomobil vurub
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır bədən xəsarətləri alıb.

BiG.AZ report.az-a istinadən bildirir ki, qəza Bakıxanov qəsəbəsində baş verib.

Abbasqulu Ağa Bakıxanov küçəsində Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısından piyada keçidi ilə yolun digər tərəfinə keçmək istəyən 1994-cü il təvəllüdlü Mustafayev Ruslan Oqtay oğlunu "Kia" markalı avtomobil vurub.

Yaralı ağır bədən xəsarətləri alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 679 Tarix: 18.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol