Avropadan Rusiyaya növbəti ZƏRBƏ

Avropadan Rusiyaya növbəti ZƏRBƏ
Avropa İttifaqı Şurası Krım və Sevastopol barəsində birtərəfli sanksiyaların müddətini bir il uzadıb.

Qərar Lüksemburqda 28 Avropa İttifaqı ölkəsinin kənd təsərrüfatı və balıqçılıq üzrə nazirlərin görüşündə qəbul edilib.
Sanksiyalar 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra qəbul edilmişdi. Həmin vaxtdan sanksiyalar hər 12 aydan bir uzadılır.

Krım barəsində sanksiyalar yarımadada istehsal olunan istənilən mallarının Avropa İttifaqı ölkələrinə idxalını, həmçinin Krım ərazisində istənilən Avropa investisiyalarını, biznesin maliyyələşdirilməsini və turizm xidmətlərinin göstərilməsini qadağan edir.

Bundan başqa, Krım limanlarına Avropa gəmilərinin girişi və təcili vəziyyətlər istisna olmaqla, təyyarələrin Krımın aeroportlarına enişi qadağan olunub.
Krıma nəqliyyat, telekommunikasiya, energetika, neft çıxarma və neft emal sahəsində mallar və texnologiyaların ixracı qadağan edilib, həmçinin bu sektorlrda istənilən texniki xidmətlərin göstərilməsi Avropa şirkətlərinə qadağandır.

publika.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 593 Tarix: 18.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Tahir011
Tahir011 18.06.2018
Avropa bilməlidi ki,Amerikanın Sözünü deməklə Öz İnkişafını Dayandırır.Nəzərə Alsaqki Ərazisinə görə ən böyük ölkə Rusyada Və Bütün Ticarət yoları Rusyanın İşirakı İlə Olur.Bu İşdə Rusya və Amerika Eyni Qoldan İşirak edir .Gündüzlər düşman Gecələri Bir arada Sömürkəçilikə məşquldular.Biri silah satır biri soyub soğana çevirir


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər