Fuad Əlişovdan boşanan Sevinc ikinci dəfə ailə qurur? – VİDEO

Fuad Əlişovdan boşanan Sevinc ikinci dəfə ailə qurur? – VİDEO
Rejissor Fuad Əlişovun eks həyat yoldaşı aktrisa Sevinc Əliyeva gəlinlik geyinib.

BiG.AZ xəbər verir ki, “ATV maqazin 10larla”ya açıqlama verən aktrisa ikibaşlı danışıb.
İkinci dəfə ailə həyatı qurmaq barəsində söz açan sənətçi toyunu mediadan gizli saxlamaq istədiyini bildirib:

“Heç vaxt demə ki, heç vaxt”. Ağlıma da gəlməzdi ki, 12 il sonra gəlinlik geyinəcəm və bu gözəl məkanda əzizlərimi, doğmalarımı qarşılayacam. Toyumu mediadan gizli edəcəkdim. Amma xəbər tutdunuz. Bəy tanıdığınız adamdır. 3 il olar tanıdığım bir insandır. Çox hörmət elədiyim, gözəl oğlandır. Amma üzünü göstərməyəcəm”.

Qeyd edək ki, Sevinc 2007-2016-cı illərdə rejissor Fuad Əlişovun həyat yoldaşı olub. Onların bu evlilikdən 3 övladı var.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3388 Tarix: 18.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər