Roza Zərgərlinin imtina etdiyi maşının aqibəti ilə bağlı AÇIQLAMA

Roza Zərgərlinin imtina etdiyi maşının aqibəti ilə bağlı AÇIQLAMAÖtən həftə bitən "Maşın" şouda sonda qalib gələn Roza Zərgərli maşından imtina edərək hər kəsi təəccübləndirmişdi.

Lakin layihənin aparıcısı Murad Dadaşov avtomobili qəbul etsə də, onun sonrakı taleyi ilə bağlı açıqlama verəcəyini demişdi.

Hadisədən bir neçə gün sonra primetime.az saytı "M group" prodakşn ilə əlaqə saxlayıb, maşının son taleyi ilə bağlı məlumat alıb:

"Roza Zərgərli öz çıxışında da qeyd etdi ki, maşın hər hansı bir xeyriyyə məqsədi ilə istifadə edilsin və yaxud da ehtiyacı olan şəxsə verilsin. Oyunun qaydalarına görə maşını 1 il müddətində satmaq və ya kiməsə hədiyyə etmək olmaz. Bu, müqavilədə də qeyd olunub. Hazırda avtomobil "M group" prodakşndadır. Yaradıcı heyət indi məzuniyyətdə olduğu üçün hələ ki heç bir qərar qəbul edilməyib. İstirahətdən qayıtdıqdan sonra layihənin rəhbəri və aparıcısı Murad Dadaşov son qərarını verəcək. İki ay ərzində bu qərar mətbuata açıqlanacaq"

"M group" prodakşnın nümayəndəsi sosial mediada yarışmada qayda pozuntuları ilə bağlı iddialara da aydınlıq gətirib:

"Yarış müddətində heç bir qayda pozuntusu olunmayıb. Biz dəfələrlə videoya baxıb, iclas keçirmişik. Finala qalan üçlü arasında heç bir gizli razılaşmaya rastlaşmadıq. Əgər belə bir hadisə olsaydı, finalçılar yarışdan uzaqlaşacaqdı. O ki qaldı Roza Zərgərlinin Hüseyn Əzizoğluya fiziki təzyiqə. Videolardan göründüyü kimi, belə bir şey olmayıb. Düzdür, Roza Hüseynin üstünə su və meyvə atıb. Amma o da öz növbəsində xanıma deyilməyəcək sözlər işlədib. Nəzərə alsaq ki, hər ikisi 2 sutka ərzində yatmayıb. Hətta Hüseyn gün ərzində ancaq çörək yeyirdi. O, su içməkdən də imtina etmişdi ki, ayaqyoluna getməsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8407   Tarix: 18 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 366
.

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:. "Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızd

24.03.2024 303
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 990
.

Daun sindromlu Natiqin müalicəyə ehtiyacı var: Bacısı da astmadır - FOTO

Yeddi yaşlı Natiqin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə -a onun nənəsi Kəmalə Qocayeva məlumat verib. O bildirib ki, Daun sindromlu Natiq 1-ci dərəcəli trikuspid qapaq çatışmazlığı xəstəliyindən əziyyət çəkir. "Natiq 2017-ci ildə Daun sindromu ilə anadan olub. Bildiyiniz kimi, bu uşaqlar dai

25.03.2024 477
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 421
.

"3-4 müğənninin təbliğatını aparırsınız?" - Nuradan aparıcıya etiraz

"Özümə söz vermişəm, bundan sonra heç bir müğənni ilə bağlı suala cavab verməyəcəyəm. Elə bil bütün verilişlərə pul veriblər ki, eyni müğənnilər haqqında hamıya sual verirlər". Axşam.az xəbər verir ki, bunu müğənni Nura Suri "Rəngarəng səhər" verilişində deyib. Sənətçi aparıcı Ayse

24.03.2024 492
.

Müğənni vəhşi itinə görə CƏRİMƏLƏNDİ

Türkiyəli tanınmış müğənni Banu Parlakın iti qonşularının itinə hücum edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Hücuma məruz qalan it ölüb. Balaca itin sahibləri müğənnidən şikayətçi olublar. Məhkəmə Banu Parlakı 4800 lirə (təxminən 253 manat) məbləğində cərimələyib

26.03.2024 578
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 662
.

"Məni də oğlum idarə edir"

Xalq artisti Nisə Qasımovanın qonaq olduğu "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. OLAY yazır ki, aparıcı Günay Baxşəliyeva sənətçinin dırnaqlarındakı hərflərə diqqət çəkib. Qasımova ailə üzvlərinin adlarının baş hərfləri olduğunu deyib və oğlundan danışıb. "Fətulla oğlum

24.03.2024 438