"Son zəng" günü qəflətən dünyasını dəyişən müəllimin son görüntüləri yayıldı - VİDEO

"Son zəng" günü qəflətən dünyasını dəyişən müəllimin son görüntüləri yayıldı - VİDEO
Xəbər verdiyimiz kimi, Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

BiG.AZ xəbər verir ki, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş. Müəllimin son görüntüləri yayılıb.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3723 Tarix: 17.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol