Nazir qocalar evində - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 15 İyun - Milli Qurtuluş günü və Ramazan bayramı münasibəti ilə tədbir keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdə iştirak edib, dövlət himayəsində yaşayan pensiya yaşına çatmış şəxslərlə görüşüb, onları təbrik edərək, xoş arzularını çatdırıb. S.Babayev ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinin dövlətin sosial siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb.

O bildirib ki, 20 il bundan əvvəl, 1998-ci ilin aprel ayında bu müəssisədə olarkən ümummilli lider Heydər Əliyev müəssisənin sakinləri ilə görüşündə "Əmin ola bilərsiniz ki, sizin həyatınız, yaşayışınız daim bizim, Prezidentin qayğısı altındadır və bundan sonra da belə olacaqdır"deyə bəyan edib. Ulu öndərin bu sözləri ötən dövrdə həmin insanlara dövlət qayğısının mütəmadi olaraq artmasında öz əməli təsdiqini tapıb.

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti respublikamızda sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin ildən-ilə güclənməsinə səbəb olub. Nazir diqqətə çatdırıb ki, sosial xidmət müəssisələrində, o cümlədən bu müəssisədə yaşayan 220 vətəndaşın hərtərəfli təminatı, rahat yaşayış şəraitinə malik olmaları üçün bütün işlər görülür. Son illərdə dövlət başçısının tapşırığı əsasında bu müəssisənin 5 mərtəbəli 170 yerlik yeni ikinci korpusu da inşa edilərək istifadəyə verilib.

Həmin korpusun açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirak etməsi, müəssisənin sakinləri ilə səmimi görüşü də bu təbəqədən olan vətəndaşlara yüksək səviyyədə diqqət və qayğını bir daha nümayiş etdirir.
Burada sakinlərin rahatlığı, mədəni istirahəti üçün müasir tələblərə uyğun şəraitin mövcud olduğunu qeyd edən S.Babayev bundan sonra da onların diqqət və qayğı ilə əhatə olunmaları üçün məqsədyönlü işlərin aparılacağını vurğulayıb. Sosial xidmət müəssisəsinin sakinləri onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər üçün nəzərdə tutulub. Burada həmin şəxslər daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Müəssisədə yaradılmış şəraitlə yaxından tanış olan S.Babayev göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılması, reabilitasiya proqramlarının sakinlərin həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə yönələn istiqamətdə qurulması, xidmət göstərilən hər bir şəxsə qayğı və etik davranış qaydalarına ciddi riayət olunmaqla yanaşılması və s. barədə tapşırıqlar verib.

Nazir qocalar evində - FOTOLARNazir qocalar evində - FOTOLARNazir qocalar evində - FOTOLARNazir qocalar evində - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1140   Tarix: 15 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 263
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

15:32 185
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

15:49 76
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 227
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 393
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 321
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

12:14 59
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 202
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

14:25 69