Hüseyn Əzizoğlu yenidən insanların qəzəbinə tuş gələ bilər – VİDEO

Hüseyn Əzizoğlu yenidən insanların qəzəbinə tuş gələ bilər – VİDEO
Bu gün "Maşın” şounun yekunlaşacağı barədə məlumatlar yayılıb. Hətta vayner Hüseyn Əzizoğlunun oyunda qalib gəldiyi söylənilir.

Minval.info xəbər verirki, o, verilişin əvvəlki buraxılışlarından birində maşın uğrunda mübarizədə birinci olarsa köhnə avtomobilini uşaqlar evinə hədiyyə edəcəyini söyləyib. Lakin bir məqamı qeyd etmək lazımdır ki, Hüseyn səsvermədə səs topladıqdan sonra müğənni Abbas Bağırovu oyundan çıxarması çoxlarının qəzəbinə tuş gəlib. Tamaşaçıların əksəriyyəti onu bu addımına görə tənqid, eyni zamanda təhqir edib. Əzizoğlu bir qərarı ilə xeyli insanın etibarını itirib. O cümlədən vaynerin beş mindən çox "İnstagram” izləyicisi ondan üz çevirərək profilini izləmədən çıxarıb.

Hüseyn "Maşın” şouya qonaq kimi qatılan zaman "qazansam yardım edəcəm” deyənləri tənqid edib. O bildirib ki, xeyriyyəçilik etmək istəyənlər yardım fondlarına müraciət edə bilər. Lakin yarışmanın 16-cı sürətində özü bu variantdan istifadə etdi.

Hətta ötən il Əzizoğlu bununla bağlı qısa vayn çəkərək belələrini bir növ tənqid edib. Görəsən, Hüseyn yenidən insanların qəzəbinə tuş gələcəkmi? Öz çəkdiyi vaynın "qəhrəmanı” kimi davranacaqmı? Yoxsa sözünün üstündə durmaqla bir növ "günahlarını” yuyacaq?


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3094 Tarix: 14.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Vendetta13
Vendetta13 14.06.2018
Bambılıdı ki bu
ataxanli
ataxanli 14.06.2018
çox gülməlidir
zor ))


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər